Məşhur brendin romantik ziyafət libasları

Məşhur brendin romantik ziyafət libasları
Geyimlər
10.09.2017 74
Oskar de la Rentanın yeni kolleksiyası zərif və qabarıq donlardan təşkil olunub. Bu kolleksiya bütün növ zövqlərə xitab edir. Markanın gözəlliyinə şübhə etmək qəti mümkün deyil.
Bütün qızlar yazda payızdan və qışdan fərqli olaraq, çiçək açırlar. Buna görə də heç bir əlavə nədən kömək ummurlar. Sözügedən markanın kolleksiyalarından gül təsvirləri heç vaxt əskik olmur. Əlvan çalarlar, çiçək printləri, yüngül yarışəffaf krujevalar və zərif-çəhrayı damalı plaşlar nümayişə gözəllik verib.
Bu kolleksiyadakı romantik geyimlər qızları idman geyim və ayaqqabılarını bir kənara qoymağa sövq edir. Gözəl və məsum görünmək istəyən hər bir qız qeyd-şərtsiz bu donları çox bəyənəcək.
Kolleksiyada kokteyl donları, həmçinin təmtəraqlı ziyafət gecələrində sizi gecənin ulduzuna çevirən dəbdəbəli libasları da yer alıb.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!