"Burberry Prorsum" 2015 yaz-yay kolleksiyası

Geyimlər
10.09.2017 28
London moda həftəsinin ən
çox gözlənilən nümayişlərindən biri "Burberry" moda evinin 2015 yaz-yay
kolleksiyası idi. Bu nümayişdə moda evinin istedadlı və kreativ
direktoru dəbsevərlərə əsl dəb təntənəsi yaşadıb.
"Quşlar və arılar" - ingilis dilində olduqca oynaq deyimdir.
Kristofer Beyli podiumu bu təsvirlərə qərq etməyi qərara alıb. Belə ki,
"Burberry Prorsum" yaz-yay 2015 kolleksiyasında həşərat, arı, quş və
qrafik gül təsvirlərini klassik plaşların üzərinə köçürüb. Plaşların iri
həcmli cibləri xüsusi diqqət çəkir.
Yaz-yay rənglərini özündə əks etdirən plaşlar və çantalar da təqdirə
layiqdir. Qrafik printlər paltarlarda olduğu kimi çantalarda da diqqəti
cəlb edir.
Cins gödəkçələrin yaxalığını dəvəquşu xəzi işlənmiş bəzəklər gecə obrazını tamamlamaq üçün maraqlı yanaşmadır.
Ayaqqabılarda isə Beyli idman tərzinə meyl edib. Yay üçün daha bir ideal variant isə Birkenstock üslubunda - səndəllərdir.
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!