"Dolce&Gabbana" moda evinin möhtəşəm şousu

Geyimlər
10.09.2017 46
Domeniko Dolçe və Stefano Gabbana cütlüyü Milan moda həftəsinin son günlərində modapərəstlərə gizli xəzinələrini necə lazımdırsa, açıb-töküblər. Onların hazırladığı şou qonaqları əməlli-başlı təəccübləndirib və zövq təntənəsinə qərq edib.  Brendin yeni kolleksiyasının əsas qəhrəmanları son dərəcə gözəl və matadorlardır. Kolleksiya qara, ağ və qırmızı krujevalardan, qiymətli daş-qaşla bəzədilmiş modellərdən ibarətdir.
Matador tərzindən başqa, dəfilədə flamenko rəqqasələrinin və saçları qızılgüllərlə bəzənmiş ehtiraslı ispan gözəllərinin geyimləri də diqqət çəkib. Keçən kolleksiyada olduğu kimi brend bu kolleksiyada da saç bəzəklərindən və güllərdən geniş istifadə edərək öz ənənəsinə sadiqliyinin nümayiş etdirib.
Kolleksiyadakı çantalar üzərindəki gül motivləri və bahalı daş-qaşlar brendin təmtəraqlı və ehtiraslı qadın obrazını özündə əks etdirir.
 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!