İş görüşməsinə gedərkən hansı rəngdə geyinməli?

İş görüşməsinə gedərkən hansı rəngdə geyinməli?
Geyimlər
10.09.2017 10
İş görüşməsinə gedərkən yanınızda hansı sənədləri aparacağınızı dəqiq bilirsiniz. Hətta bir az araşdırdıqdan sonra şıq kostyum və ya sadə, klassik kəsimli don geyinməli olduğunuza da qərar vermisiniz. Ancaq unutmayın ki, iş görüşməsi zamanı geyindiyiniz libas qədər, onun rəngi də önəmlidir.



Ən yaxşı seçim göydür

Tünd göy rəngdə, sadə paltarla iş görüşməsinə getməyinizi tövsiyə edirik. Çünki bu rəng qarşıdakı insana güvən verir. Yəni üzərində göy rəngi görən işəgötürən avtomatik olaraq sizə inanmalı olduğunu düşünür.


 

Qəhvəyi rəng

Qəhvəyi rəng də iş görüşməsi üçün uyğundur. Ancaq bu rəngin bir mənfi tərəfi var ki, sizi olduğunuzdan yaşlı və zövqsüz göstərə bilər. Ona görə də qəhvəyi rəng geyinməyə qərar vermisinizsə, ən müasir kəsimli modelləri seçin və dəbli aksessuarlarla stilinizi tamamlayın.


 

Qara

Əgər yuxarı mövqelər üçün iş görüşməsinə gedirsinizsə, qara ən doğru rəng seçimi olacaq. Ancaq assistentlik kimi daha aşağı mövqelərdəki vəzifələr üçün qara geyinməyə ehtiyac yoxdur. Həmçinin qara geyinərkən ayaqqabı ilə paltarınızın qaranın eyni çalarında olmasına diqqət edin. Biri açıq, digəri daha tünd tonda olduqda ortaya xoş olmayan görüntü çıxa bilər.


 

Qırmızı

İş görüşməsinə gedərkən qırmızı rəngdə geyinmək hər qadının cəsarət edəcəyi iş deyil. Ancaq satış meneceri kimi vəzifələr üçün bu rəng uyğundur. Nə qədər aktiv və enerjili olduğunuzu göstərmək istəyirsinizsə, qırmızı rəngi seçə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!