Qısaboylu xanımlar diqqət: boyunuzu belə uzun göstərin

Qısaboylu xanımlar diqqət: boyunuzu belə uzun göstərin
Geyimlər
10.09.2017 27
Ayaqlarınız qısadır və geyindiklərinizi özünüzə yaraşdırmırsınız? O halda nələrdən uzaq durmalı, nələr istifadə etməli olduqlarınızı..

 

Düzgün geyim seçimi ilə boyunuzu bir azda olsa uzun göstərə bilərsiniz.

 

Yüksək bel şalvarlar

Bu cür cins, parça və ya naxışlı şalvarlar hər zaman boyu uzun göstərir.

 

Monoxrom stil

Buna qısacası, başdan ayağa eyni rəng geyinmək deyilir. Nude (bədən rəngi ), boz,  saxsı mavisi kimi rənglər seçin.

 

Mini ətəklər

Ayaq boyunu uzun göstərən mini ətəklər sanki bir illuziya təsiri yaradaraq, boyunuzu uzun göstərəcək. Qışda da qara corabla geyinə bilərsiniz.

 

Nude rəng dikdabanlar

Hər qadının qarderobunda ən az bir cüt nude ayaqqabı olmalıdır. Dəri tonunuzla uyğun olan nude rəng dikdabanla daha uzun görünəcəksiniz.

 

Maksi (uzun)  donlar

Qısa boylu xanımlar həmişə bu cür donlardan uzaq durur. Ancaq dikdabanla geyinilərsə, əsas da platforma ayaqqabı ilə uzun görünə bilərsiniz.

 

Uzun cizgilər

Dik cizgili şalvar və köynəklər boyunuzu bir neçə santimetr uzadacaq. Tünd rəngli cizgilərə üstünlük verin.

 

Platforma dikdaban

Qısaboylu qadınların ən yaxın dostudur. Həm də rahatlıqla geyinilə bilər.

 

Qısaboylu qadınlar nələrdən uzaq durmalıdır?

Dizaltı bol ətəklər

"Oversized” (böyük ölçülü) geyimlər

Uzun köynəklər

Düşük bel cinslər

Yarım çəkmələr

Midi boy dar ətəklərскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!