Balon gödəkçələr necə geyinilir?

Balon gödəkçələr necə geyinilir?
Geyimlər
10.09.2017 65
Balon gödəkçələr qışda çoxunun üstünlük verdiyi geyimlərdəndir. Praktik olmaları, isti saxlamaları, külək və yağış keçirməmələri bu gödəkçələri seçməmizə səbəb olur. Ancaq çoxumuz bu balon gödəkçələrlə elə də şıq görünmədiyimizi düşünürük. Tam tərsinə, balon gödəkçələr düzgün kombinə edilərsə, şıq görünə bilər.



Balon gödəkçə seçərkən ilk əvvəl uzunluğuna diqqət etmək lazımdır. Ən çox istifadə edilən balon gödəkçələr orta uzunluqda olanlardır. Pis görünmək istəmirsizsə, dizdən aşağıda bitən modellərdən uzaq durmalısız. Bir balon gödəkçənin şıq görünməsinin ən önəmli detalı beldən tam kip olmasıdır. Bu tərz gödəkçələrin kəmərli modellərinə də "yox” deməyin.



Balon gödəkçələr şişman olduğundan skinny cins və dəri taytla daha şıq görünür. Bundan başqa dar kəsimli şalvarlarla da geyinmək mümkündür.

 

Balon gödəkçə ilə ətək geyinmək istəyirsizsə, dar ətək seçin. Görüntünü bot, ya da çəkmələrlə tamamlaya bilərsiz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!