İş görüşməsi üçün geyim qaydaları

İş görüşməsi üçün geyim qaydaları
Geyimlər
10.09.2017 38
Karyera hədəflərinin əhəmiyyətli pillələrindən olan iş görüşmələrində seçiləcək paltarlar və geyim tərzi də olduqca əhəmiyyətlidir. Mütəxəssislər, geyinilən paltarların xarakteri, təhsil səviyyəsi və daha bir çox istiqaməti büruzə verdiyini ifadə edirlər. Bununla yanaşı, iş görüşmələrində ediləcək geyim seçimlərində diqqət olmağın lazım olduğunu xatırladırlar.



İş görüşmələrində geyinilməsi məsləhət olan və olmayan geyimlərlə tanış olun:



Qısa ətəklər

Mini ətəkləri iş görüşməsinə gedərkən qətiyyən geyinməyin. Sizi gözəl ayaqlarınız üçün deyil, qabiliyyətləriniz üçün işə götürmələrini istəyirsinizsə, əsla əlverişsiz geyinməyin. Çox dar və qısa ətək geyinsəniz sizi ciddi qəbul etməzlər.



Barmaq arası başmaqlar və ya idman ayaqqabıları

İdman ayaqqabısı və ya barmaq arası başmaqla iş görüşməsinə gedilməz. Unutmamalısınız ki, sahilə deyil, ciddi bir ofis mühitinə gedirsiniz.



Çox dar şalvarlar


yeriyərkən bədəninizin hər bir hissəsinin hərəkət etdiyini göstərən şalvarlar deyil, bol şalvarlar seçin.



Dekoltedən uzaq durun

Sinənizin və ya göbəyinizin görüləcəyi dekoltelərdən imtina edin.



Aksesuar seçimi

Qabarıq aksesuarlardan uzaq durun. Yalnız incə bir boyunbağı, kiçik bir üzük və top formalı sırğalar uyğun ola bilər.



Qısa qollu köynək və qalstuk

Həyatınızın səhvini edib qısa qollu köynəklə qalstuk taxıb iş görüşməsinə getməyin. Uzun qollu, tək rəng köynəklər seçin. Tək rəng olaraq da çəhrayı və ya bənövşəyi deyil, ağ və ya açıq mavi rəng geyinə bilərsiniz.

 

Kolqotki və lasin

Kolqotki və buna bənzər paltarlar gündəlik həyatınızda seçim edilə biləcək geyimlərdir. belə geyimləri iş görüşməsinə geyinsəniz, istəmədiyiniz düşüncələr yarada bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!