Moda qurbanısınızmı?

Moda qurbanısınızmı?
Geyimlər
10.09.2017 27
Bu gün tez-tez eşitdiyimiz "moda qurbanı" termini illər öncə qadınların bu vəziyyətə gələcəyindən xəbər vermiş Oscar De La Renta tərəfindən yaradılmışdır. Hər gün daha çox insan modanın təsiri altına düşür: üstəlik moda qurbanı olan bu insanların 90%-nin zövq haqqında anlayışları belə yoxdur. Eləyə bildikləri yeganə şey yeni çıxmış modelləri alıb geyinməkdən ibarətdir.
İlk moda qurbanları 18-ci yüzillikdə yaşayan fransız qızları olublar. Şiddətli qış şaxtalarında yüngül şifon şarflar taxırdılar və nəticədə, çox üşüyərək müxtəlif xəstəliklərdən həlak olurdular. Zaman keçdikcə vəziyyət daha da bərbadlaşdı.Siz özünüzün bir moda qurbanı olub olmadığınızı aşağıdakılardan anlaya bilərsiniz: 1. Markalar sizin üçün olduqca əhəmiyyətlidir. Bütün maaşınızı bir Gucci çantasına xərcləyərək geri qalan bütün ayı boş ciblə keçirə bilərsiniz. 2. Siz yeni kolleksiyaların en gözəçarpan nümunəsini almağa çalışırsınız. Daha öncə aldığınız, amma artıq mövsümü keçmiş bütün köhnə kolleksiya nümunələri sizi xoşbəxt etməyə yetməz. 3. Məşhur moda ikonalarının stillərini kor-koranə təqlid edirsiniz. 4. Təbii gözəllik deyilən bir şeyi qəbul etmirsiz. 5. Alış-verişi günlərinizi sərf edəcək qədər çox sevirsiniz.
6. Makiyaj düşgünüsüz: kiprikləriniz taxma, saçlarınız boyalı və hətta saçlarınızın yarısı da taxmadır.7. Bədəninizin rəngi də saxtadır. 8. Paltarların narahat olmağı önəmli deyil, əsas odur ki, gözəl və dəbli olsunlar! 9. Müntəzəm olaraq müxtəlif pəhrizlərə girirsiniz. 10. Estetik əməliyyat keçirmisiniz və ya keçirməyi planlaşdırırsınız. 11. Hər gün hündür dabanlı ayaqqabı geyinirsiniz.
Əgər yuxarıdakı versiyalardan ən az 3-ü sizdə varsa, bir moda qurbanı olduğunuza əmin ola bilərsiniz. Və bununla əlaqədar tez bir zamanda lazımi tədbirlər görməlisiniz. Çünki həddini aşan hər bir şey kimi bu da faciəylə nəticələnə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!