Geyimləri bahalı göstərməyin yolları

Geyimləri bahalı göstərməyin yolları
Geyimlər
10.09.2017 31
Şık olmaq üçün sərvət xərcləmənizə ehtiyac yoxdur. Ən ucuz geyimləri belə bəzi hiylələrlə bahalı göstərə bilərsiz.



Geyimləri bahalı göstərmənin yollarını təqdim edirik.



Nude tonlarda, qara və ya ağ bir sandal yazın ən böyük qurtarıcısıdır. Həm tərz bir görünüş yaradır, həm də kombinləmənizə kömək edəcək. Bu sandalları kiçik çanta və aksessuarlarınızla kombinə edin.



Canlı rəngləri sadə tonlarla kombinə etsəniz, daha zəngin bir duruş əldə edə bilərsiz.



Çiyinə atılmış pencəklər 2015 trendləri sırasındadır. Cool qadınların ən şık aksessuarı olan pencəklərin çiyinə atılması geyimlərinizi zəngin göstərəcək.



Ən sadə geyimləri kombinə edərəkən çox şişirdilmiş aksessuarlar taxmayın.



Şlyapa hər zaman doğru fikirdir. Dəri əlcək, kürk pencək və şlyapa əla kombindir.  Üzərinizə cins, ya da sadə köynək belə geyindiyinizdə taxdığınız şlyapa ən böyük köməkçiniz olacaq.



Böyük metal maskulen bilərziklər qola taxılan saatın yanında çox şık durur.



İdman ayaqqabıları, sadə köynək, idman ətəyi və şortlarla şık stilə sahibi ola bilərsiz.



İpək şərf istifadə edin. Yay, qış fərq etməz, boynunuza doladığınız ipək, saten parçalar müasir bir tərz bəxş edəcək.



Trençkot həyat qurtarır. Nude ton, ya da yumşaq rənglərdəki trençkotlar sizi "havalı” göstərəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!