Bu geyimlər sağlamlığa ziyandır

Bu geyimlər sağlamlığa ziyandır
Geyimlər
10.09.2017 17
Mütəxəssislər tərəfindən sübut olunub ki, bəzi paltar növləri insanın
sağlamlığı üçün ziyanlıdır və bir çox xəstəliklərin inkişafına təkan
verə bilər.



Belə ziyanlı paltarların arasında:

- Çox dar sıx büsthalterlər (xüsusilə alt hissəsində bərk plastik qövs
olanlar) süd vəzilərin sağlamlığı üçün ziyanlıdır və bir çox süd vəzi
xəstəliklərinin inkişafına təkan verə bilər. Qadınlar yumşaq və sıx
olmayan büsthalterlər taxmalıdır. Gecə büsthalterdə yatmaq olmaz.



- Stringi və tanqa kimi alt paltarlar qadın sağlamlığı üçün çox
ziyanlıdır. Nazik zolaq dərini sürtür və qıcıqlandırır. Ən əsası isə
odur ki, zolaq anus nahiyəsindən uşaqlıq yoluna daim mikrobları daşıyır.
Bu isə iltihablara və infeksiyalara səbəb olur.



- Dar korsetlər diafraqmanın fəaliyyətini pozur, daxili orqanların qan
dövranını pisləşdirir. İstənilən orqanın qan dövranı pozulduqda, bu
orqanda pozulmalar və xəstəliklər yaranır.



- Qadınlar daha incə görünmək üçün bədəni sıxan alt paltarlar, kolqotlar
geyinir. Deyirlər "gözəllik qurban tələb edir". Lakin bu halda qadın öz
sağlamlığını qurban verir - daxili orqanların qan dövranı kəskin
şəkildə pozulur, həzm prosesləri pozulur, varikozun inkişafının riski
artır.



- Dar cins şalvarları və beldən aşağı olan şalvarlar sidik kisəsinin,
bağırsaqların, qadınlarda və kişilərdə cinsiyyət sisteminin fəaliyyətinə
çox mənfi təsir edir, bu orqanların qanla təchiz olunmasını pozur,
varikoz xəstəliyin inkişafına təkan verir.



- Kişilərdə dar və xüsusilə sintetik alt paltarlar cinsiyyət orqanların
qanla pis təchiz olunmasına səbəb olur ki, bu nəticədə spermatogenezin
(spermatozoidlərin hazırlanması) pisləşməsinə, bu sahədə inkişaf edən
müxtəlif pozulmalara və xəstəliklərə gətirib çıxardır.



- Boğazı çox hündür və dar olan "vodolazka"lar qalxanvari vəzi üçün ziyanlıdır.



- Qadın daim dabanı 3-4 sm-dən hündür olan ayaqqabı geyindikdə (xüsusilə
"şpilka" dabanı olan ayaqqabılar), onun onurğa sütunu çox ciddi
gərginliklərə məruz qalır ki, bunun nəticəsində qadında onurğa sütunu
xəstəlikləri inkişafı edə bilər. Bundan əlavə belə ayaqqabılar varikoz
xəstəliyinin, pəncə və oynaqlar problemlərin inkişafına təkan verir,
müxtəlif travmalara (çıxıq, sınıq) səbəb ola bilər. Daim hündürdaban
ayaqqabı geyinən qadınlarda daxil orqanlar öz yerini dəyişir və bu
müxtəlif pozulmalara yol açır.



- Lakin dabanı olmayan ayaqqabılar da ayaqlar üçün ziyanlıdır. Belə
ayaqqabılar müxtəlif pəncə problemlərinə səbəb olur. Həkimlər hündürlüyü
təxminən 2-3 sm olan enli dabanlı ayaqqabılar geyinmək tövsiyə edir.



- Bel nahiyəsini açıq saxlayan qısa kurtkalar da çox ziyanlıdır
(xüsusilə soyuq havada). Belə kurtkalar bel və böyrəklərin iltihabına
təkan verə bilər. Soyuq havada uzun kurtkaları geyinmək lazımdır.



- Soyuq havada qısa yubkalar geyinən qadınlarda cinsiyyət sistemi
iltihabların riski olduqca artmış olur. Bu isə gələcəkdə sonsuzluğa
gətirib çıxarda bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!