Mini ətəyin tarixi

Mini ətəyin tarixi
Geyimlər
10.09.2017 11
1959-cu ilin yanvarında gənc ingilis dizayneri Meri Kuantın ağlına cox maraqlı bir fikir gəldi.

Bir dəfə o, rəfiqəsinin yeri silmək üçün qısaldılmış köhnə ətəkdə döşəməni sildiyini görüb fikirləşdi:

"Bu cür ətəyi niyə öz kolleksiyama daxil etməyim?"

Bu vaxtdan podiumlarda yeni bir tendensiya yarandı, qızlar müasir dəbin tələbinə tam cavab verən qısa ətəklər geyinərək çılpaq ayaqlarını nümayiş etdirməyə başladılar.

Yenilik bazara da yeni müvəffəqiyyət gətirdi. Kolleksiyanın buraxıldığı ildə "qısaldılmış modeldə" 200 mindən çox ətək satıldı.

Kuant bu uğura sadə izahat verdi: "Mən vulqarlığa pərəstiş edirəm".

Ona görə də milyonlarla qadın mənim ideyamı qəbul etdi. Məncə, mini ətəyin yaranması qadınlara 2 qat cazibədarlıq bəxş etdi".

Meri Kuant bele qeyd etmişdir: "Qadının dizləri necə görünürsə, onun o qədər yaşı var". Alimlərin fikrinə görə, soyuq havada mini ətək geyinmək nəinki qadını üşüdür, hətta gözəllik üçün böyük təhlükə yaradır.

Soyuq havada ayaqlar donur və orqanizm donmuş hissələrə daha çox müdafiə piyi ifraz edir ki, bu da sellulitin yaranmasına səbəb olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!