Xanımlar üçün ideal ətək formaları - MƏSLƏHƏT

Xanımlar üçün ideal ətək formaları - MƏSLƏHƏT
Geyimlər
10.09.2017 264
Qadınlar ətək seçərkən bədən quruluşları ilə yanaşı həyat tərzlərini də nəzərə almalıdırlar. Hər kəs şəxsiyyətini və həyat tərzini yansıdaraq öz tərzini yarada bilər. Bəs sizin üçün hansı ətək uyğundur?

 

Masa başında işləyən xanımlar

Masa başında işləyən xanımlar klassik ətəklərə üstünlük verə bilərlər. Bunlar düz qarın kəsimli, büzgülü və uzun yarıqlı da ola bilər. Çox hərəkətdə olmadıqları üçün təbii toxumalı və likra parçalı ətəklər seçə bilərlər.

 

Hərəkətli olanlar

Hər zaman hərəkətdə olan xanımlar üçün həm şıklık, həm rahatlıq nəzərə alınarsa, bu ilin dəbi olan klyoş, dizaltından olan ətəklər, qaraçı ətəkləri və zınqırov tərzində olan ətəklər uyğundur.

 

İncə belli xanımlar

İncə belli olmaq hər qadının  xəyalıdır. Ancaq bəzi qadınların beli çox incə olduğundan bel kəsimləri boş olur. Bu zaman dar bel kəsimli ətəklər seçildiyində xoşagəlməz bir görünüş ortaya çıxa bilər. Çox incə beli, enli ombası olan qadınlara zınqırov tərzli ətəklər uyğundur.

 

Qısa boylular

Qısa boylu və kilolu qadınlara qısa ətəklər geyinmək məsləhət görülür. Daha çox dizə qədər olan ətəklərə üstünlük versinlər, çünki uzun ətəklər boyu daha qısa göstərir. Arıq, qısaboylu qızlar hər tərzdə qısa ətəklər geyinə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!