Yazın dəbi - Dəst geyimlər

Yazın dəbi - Dəst geyimlər
Geyimlər
10.09.2017 46
70-ci illərdə çox istifadə edilən dəst geyim tendensiyası bu yaza da damğasını vuracaq. Dizaynerlər yeni mövsüm kolleksiyalarında 70-ci illərin dəbinə müraciət etdiyi üçün o illərin ruhu yaz-yay aylarında özünü kəskin şəkildə hiss etdirəcək.
 
70-ci illərin ən mühüm dəb cərəyanı dəst geyimlərdir. Burada üst və alt geyim eyni olmalıdır. Sözügedən dəb cərəyanında, xüsusən də, naxışlı parçalar çox aktualdır. Üstü də, altı da eyni ornamentdən ibarət dəst geyimlər xanımları şıq göstərir. Minimalizm pərəstişkarları bu dəblə ayaqlaşmağa daha çox həvəs göstərəcək.
 
Geyimdə minimalizm prinsiplərini əsas götürən xanımlar sadə rənglər, qlamur stili sevən xanımlar isə daha parlaq tonlar seçə bilərlər.
 
Dəb lüğətində "Matching Set" olaraq adlandırılan dəst paltarlar ötən mövsümlərdə qısa köynəklər (Crop top) və hündürbel ətək fasonlarında təqdim olunmuşdu. Bu ənənənin hal-hazırda daha geniş formada davam etdiyini vurğulamaq yerinə düşər. Xüsusi printlər, çiçək naxışları və həndəsi formalarla yanaşı, birrəng, ancaq eyni parçadan geyilən dəst paltarlar bu mövsüm bizi gözləyir.
 
Stil ikonaları bu dəblə artıq ayaqlaşmağa başlayıblar. Qeyd edim ki, bu dəb tendensiyasının heyranlarına Teylor Svift, Kim Kardaşyan, Olivye Palermo kimi stil ikonalarını nümunə göstərmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!