Qadın bədəninə sərbəstlik verən donlar

Qadın bədəninə sərbəstlik verən donlar
Geyimlər
10.09.2017 130
Diana Fon Furstenberq 70-ci illərdə bəlkə də dəb dünyasının ən mühüm kəşflərindən birinə imza atdı və aşırmalı donları yaratdı. Bu möhtəşəm model mövsümün ən mühüm dəb cərəyanlarından biridir.  Aşırmalı donlar qadın bədən quruluşunun gözəlliyini vurğulayır və bir çox bədən tipinə yaraşır.



Qadınsayağı model hər bədən quruluşuna yaraşır, artıq çəkili xanımların qüsurlarını məharətlə gizlədir.



Məşhur dizayner klassikaya çevrilən don haqqında belə deyir: "Yenilik axtarışında olan xanımlar üçün doğru zamanda, doğru yerdə daha əvvəl görülməmiş bir paltar hazırladım. Onun bu qədər bəyənilməsinin səbəbi qadın bədənini gözəl göstərməsi  və sərbəstlik verməsidir".



Uzun, qısa, midi fasonlarda təqdim olunan aşırmalı donların yayda əsl hitə çevriləcəyi proqnozlaşdırır. Bu universal fason illərlə dəbdən düşmədiyi üçün hər bir xanımın qarderobunda mütləq yer almalıdır.  Modapərəst qızlar onları uzun illər həvəslə geyinirlər.




 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!