Enli şalvarlar- gündəlik praktikliyin zəmanəti

Enli şalvarlar- gündəlik praktikliyin zəmanəti
Geyimlər
10.09.2017 41
Çətin hava şəraitinə görə bəzi günlər sevdiyimiz abaya və ya yubkalarımızı geyinə bilmədikdə biz dərhal qarderobumuzdakı şalvarlara üz tuturuq. Bəs onları həm zövqlə, həm də hijablı xanımın geyim tərzinə uyğunlaşmış şəkildə gətirmək üçün nə etmək lazımdır? Bu suala cavab çox bəsitdir- enli şalvar və tunikalar ən düzgün seçimdir.



Sirr deyil ki, gen kəsimli bu enli şalvarlar hijablı xanımların gündəlik həyatda praktikliyini və rahat hərəkətini təmin etdiyi üçün bu qədər sevilir. Eləcə də, düz kəsimli və ya aşağı hissədən darlaşan şalvarlara üstünlük verirsinizsə, siz onları uzun kardiqan, jaket, palto və ya pencəklərlə də geyinə bilərsiniz.



Ümumiyyətlə hijablı xanımların xarici görünüşlərində müəyyən qaydaları gözləmələri onlara geyim seçimində bəzi məhdudiyyətlər yarada bilər. Lakin eyni zamanda həmən bu çərçivə daxilində seçim individuallığını da qorumaq mümkündür. Məsələn, hijab bloqerləri buna nümunədir. Onlar hər zamankı kimi gündəmin dəb mövzularını qaçırmayaraq belə şalvarları digər geyim əşyaları və aksesuarlarla yaraşdırmaqla maraqlı dəst ideyalarını digər hijablı xanımlarla paylaşır.




 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!