43 yaşlı Kolumbiya gözəlinin dəbdəbəli ziyafət libasları və aksesuarları

43 yaşlı Kolumbiya gözəlinin dəbdəbəli ziyafət libasları və aksesuarları
Geyimlər
10.09.2017 11
Seksual Kolumbiya gözəli Sofiya Verqara bir ildə milyon dollar qazanır, "Birkin” çantalarının kolleksiyasını toplayır, dekolteli paltarlar geyinməkdən,  ağır boyunbağılar taxmaqdan yorulmur. O, hətta qocalmaqdan da qorxmur. Əksinə, illər bu qadının xeyrinə işləyir. Siması gündən-günə gəncləşir. 40 yaşından sonra aktrisa böyük şöhrət əldə edir, uzun illər axtardığı ikinci yarına qovuşur. Belə ki, Sofiya Verqara sevgilisi Co Manqanlen ilə evlənməyə hazırlaşır.



43 yaşlı Kolumbiya gözəli Sofiya Verqaranın belə gənc və formada qalmasının sirri nədədir?



Menyuda hər zaman daha çox yaşıl yarpaqlı bitki və tərəvəzlərə yer verir. Daha sağlam qidalanmağa, təbii çəkilmiş meyvə suyu içməyə və tərəvəz yeməyə çalışır.



Sofiya idman zallarına nifrət etsə də, formada qalmasının daha bir sirri pilates və rəqsdir. O, hər gün rəqs və pilateslə məşğul olur.



Qüsursuz görünməyin isə tamamilə özünə güvən ilə bağlı olduğunu bildirən gözəl ulduz "Orqanizminiz necə olursa-olsun, özünüzə güvən sayəsində özünüzü daha yaxşı hiss edərsiniz" deyir.




 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!