Payızın sviter dəbi belə olacaq

Payızın sviter dəbi belə olacaq
Geyimlər
10.09.2017 43
Yaydan heç doymamışdıq ki, payız öz hava şərtlərini diktə etməyə başladı. Bu gün yağan yağış onu göstərdi ki, qarderobu soyuq havalara hazırlamağın vaxtıdır.



Hansı ki, onlar sərin payız axşamlarında sizi soyuqdan qoruyan sadiq silahdaşlarınız ola bilər.



Əgər qarderobunuzda qara rəngli kəşmir vodolazkanız varsa, bu payız onunla kifayətlənməyi düşünürsünüzsə, səhv edirsiniz. Çünki bu il dizaynerlər modapərəstlər üçün çoxlu sayda və müxtəlif rənglərdə sviterlər təklif edirlər.



Ümumiyyətlə, son bir neçə ilin payız-qış kolleksiyalarında bol kəsimli sviterlər  üstünlük təşkil edir. Bir çox cəhətdən əlverişli olan belə sviterlərdə insan özünüzü daha rahat hiss edir. Bunu nəzərə alıb payız üçün alış-verişə gedəndə qətiyyən dar sviter seçməyin

 

Əlbəttə ki, içində pişik balası kimi gizlənə biləcəyiniz modellərdən almaq da məsləhət deyil.



Bu universal köynəklər istər klassik şalvar, istər cins, istər qısa, istərsə də, uzun yubkalarla əla uyğunlaşır. Yeri gəlmişkən, bol kəsimli sviter və ya vodolazkaları yayın dəbi olan cins kombinezonlarla da geyinə bilərsiniz.




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!