İdman ayaqqabısı ilə şıq ofis kombinləri yarat!

İdman ayaqqabısı ilə şıq ofis kombinləri yarat!
Geyimlər
10.09.2017 27
Moda bizi hər gün təəccübləndirir. Son illər moda sahəsindəki bir çox qaydalar pozulur, qaydasızlıq əsas qaydaya çevrilir. Məsələn, illər öncə idman ayaqqabılarını kostyumla kombin edən kişi və ya donla "sneaker” geyinən qadın lağ obyektinə çevrilə bilərdi. İndi isə belə cəsarətli addımlar dəbin əsas qaydalarından biri hesab edilir. Artıq idman geyimlərini hər tərzlə uyğunlaşdırmaq mümkündür. Xüsusilə də, idman ayaqqabılarından, "sneaker”lərdən hər cür kombin yaratmaq olar. Əgər siz də ofisdə hündürdaban ayaqqabıda gəzməkdə çətinlik çəkir və daha rahat olmaq istəyirsinizsə, ofis stilinizdə idman ayaqqabılarına üstünlük verə bilərsiniz.



Ətəklə geyin!

Midi və qələm ətəkləriniz idman ayaqqabısı ilə möhtəşəm görünə bilər. Ancaq ayaqqabı ilə ətəyinizin rəng  uyğunluğuna fikir  verin.



Qara rəngli ayaqqabı

Əgər ağ rəngli ayaqqabı geyinməyə cəsarət etmirsinisə, qara rəngli idman ayaqqabılarına üstünlük verə bilərsiniz. Qara rəngli "sneaker”lar bütün geyimlərlə uyğunlaşacaq və diqqət cəlb etməyəcək.



Cəsarətli ağ rəng

Bu ayaqqabılar həm  klassik şalvarlarla, həm də qələm ətəklərlə uyğunlaşır. Cins şalvar, pencək və ağ idman ayaqqabısı ilə hazırlanan kombin həm rahatlığın, həm də şıqlığın təminatıdır.



Donla idman ayaqqabısının möhtəşəm harmoniyası

İdman ayaqqabılarını donlarla da geyinə bilərsiniz. Ancaq donunuz sadə kəsimli olmalıdır. Midi və maksi donlarınızı idman ayaqqabısı ilə kombin etməkdən çəkinməyin.




 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!