Viktoriya Bekhemin 2016 geyim yaz-yay kolleksiyası

Viktoriya Bekhemin 2016 geyim yaz-yay kolleksiyası
Geyimlər
10.09.2017 17
Nyu-York Moda həftəsi bu il də bir-birindən məşhur
dizaynerləri qonaq edib. Onlardan biri də son illərin ən populyar
dizayneri, stil ikonası Viktoriya Bekhem olub. 
 
 
 
Viktoriya Bekhemin 2016 yaz-yay kolleksiyası moda
həftəsinə, sözün əsl mənasında, damğa vurub. Dizaynerin rəng seçimləri
və printlərdən peşəkarcasına istifadə etməsi hər kəsi
heyrətləndirib. Ağ, narıncı və göy rəngin üstünlük təşkil etdiyi
kolleksiyada mini ətəklər və topuqdan bir qarış yuxarıda bitən uzun
donlar diqqət çəkib. Dama-dama donlar, köynəklər rahatlıqla şıqlığın
vəhdətini təşkil edib. Görünür, Viktoriya Bekhem bir neçə ildir ki, dəbi
ələ keçirən çiçək və heyvan printlərindən bezdiyimizi başa düşüb.
Dizayner bu il yenilik edərək yay fəslinə uyğun təbiət mənzərələri,
xüsusilə də, sörfinq edən insan şəklində narıncı, mavi və digər
tonlardakı printləri dəbə gətirib.
 
 
 
Kolleksiyanın ən diqqətçəkən parçalarından biri də
ikirəngli çantalar olub. Həm ağ rəngli rahat, həm də ilan dərisindən
hazırlanmış ayaqqabılar göz oxşayıb.
 
 
 
Viktoriya Bekhemin yeni kolleksiyasını təqdim edirik:




 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!