Yeni trend: yaxaları qaldırın!

Yeni trend: yaxaları qaldırın!
Geyimlər
10.09.2017 11
Bu ilin ən maraqlı tendensiyalarından biri pencəklərin, plaş və paltoların, həmçinin köynəklərin yaxasını qaldırmaqdır.



Paltarların yaxasını qaldırmaq kişi geyimləri ilə dəbə gəlib. 19-cu əsrdə çəkilmiş fotolara baxsaq, o dövrün siyasətçilərinin, eləcə də prezidentlərin köynəklərinin yaxalarını qaldırdıqlarını görərik. Bu trend 1920-ci ildən sonra qızıl dövrünü yaşayır. Həmin illərin ən önəmli tenisçilərindən biri olan "Timsah" ləqəbli Rene Lakost özünün hazırladığı yaxalı köynəkləri satışa çıxarır. Tenisçilər həmin köynəyin yaxasını qaldıraraq boyunlarını günəşin təsirindən qoruya bilirdilər. Bundan sonra yaxa qaldırmaq tendensiyası modaya da öz təsirini göstərir.



Kişi modasında "Polo” köynəkləri ilə yerini möhkəmlədən bu axın, daha sonra qadın modasına da sıçrayır və trençkot, palto, pencək, köynəklərdə öz sözünü deyir. Bu tendensiya xüsusilə də 70-80-ci illərin dəbinə damğa vurur. Stil ikonaları Odri Hepbörn, Bricit Bardo, Ceyn Birkin bu trendin daha da populyarlaşmasına səbəb olurlar.



Müasir dövrdə yaxa qaldırmaq tendensiyası, əsasən, küçə stilində müşahidə edilir. Dövrümüzün stil ikonalarından Viktoriya Bekhem və Miranda Kerr yaxa qaldırmaq dəbi ilə ayaqlaşırlar.




 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!