Mövsümün əsas elementlərindən biri: uzun jilet dəbi

Mövsümün əsas elementlərindən biri: uzun jilet dəbi
Geyimlər
10.09.2017 97
Soyuq havalar üçün dizaynerlər gödəkcə, pencək, plaş və yun jaketlərlə yanaşı, uzun jiletlər də təklif edirlər. Hər tərzlə uyğunlaşan jiletlər rahat hərəkət etməyə imkan verdiyi üçün pencəkləri və jaketləri əvəz edən maraqlı alternativdir.

Uzun jiletlər 70-ci illərdə kişisayağı geyimlərin dəbdə olduğu bir vaxtda gündəmə gəlmişdi. Bu gün isə payız obrazının tamamlayıcısı və qarderobun əsas elementlərindən biri sayılır.

Payızın torpaq rəngləri jilet dəbinə də təsir edib., əsasən, boz, qəhvəyi rəngli jiletlər dəbdədir.

"Hermes” , "Prada”, "Balenciaga, "Celine”, "DKNY”, "Kenzo” və digər ucuz markalar da payız-qış kolleksiyalarında qarderobun bu  predmetinə yer veriblər.

Uzun jilet bir çox funksiyasına görə istənilən bədən quruluşuna yaraşır və müxtəlif üslublarla uyğun gəlir. Məsələn, uzun jilet ofis tərzi üçün ideal seçimdir.

Bozun 50 çaları jilet dəbini də ələ keçirib, ətrafa zəriflik saçır. Lakin boz jileti eyni rəngli geyimlərlə tamamlamaq məsləhət deyil. Eyni tonda geyinmək çox vaxt ümumi görünüşün boğucu alınmasına səbəb olur. Obrazı yumşaltmaq üçün dəstdə digər rənglərə də yer verin.

Təbiət rəngləri yeni mövsümdə bütün geyimlərdə hiss olunur. Xüsusilə də torpaq tonları jilet dəbində özünü göstərir.

Payız obrazının effektli görünməsini istəyirsinizsə, jiletləri dikdaban ayaqqabı ilə tamamlayın.




 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!