Kraliçasayağı ziyafət libasları

Kraliçasayağı ziyafət libasları
Geyimlər
10.09.2017 137
Məxmər parçalar sonuncu dəfə ötən əsrin 50-ci illəri üçün xarakterik idi. Bu mövsüm məxmər parçalar dəb kürsüsünə yenidən qayıdıb.



Dizaynerlərə görə, məxmər parçalar payız-qış mövsümünün ən dəbdə olan materiallarından biridir. Onun müasir dəbə qayıdışı qəribə deyil, keçmiş dəbin motivləri həmişə aydın şəkildə hiss olunub.



Romantik toxunuşlu məxmər parçalar bu il isti rənglərdə təklif edilir. Bu mövsüm üçün dizaynerlər zümrüd, yaqut, xardal, şərab, boz, bənövşəyinin solğun çalarlarını və əlbəttə ki, klassik qaranı təklif edirlər.



Paltar, şalvar, pencək və ətək kimi geyimlərlə yanaşı, ayaqqabılarda da məxmərin cazibəsi önə keçir. Bir çox hallarda, məxmər parçalar minimalizm, estetik barokko, qotik və viktorian üslubunda özünü göstərir. Yeri gəlmişkən, qeyd edək ki, ötən əsrlərdə zənginlik əlaməti olan məxmər parçadan yalnız adlı-sanlı xanımlar istifadə edirdi. Məxmər paltarlar yaşlı qadınlarla da assosiasiya olunur. Buna görə də, gənc qızlar onu özlərinə yaraşdırmır. Lakin bu fikir öz əhəmiyyətini çoxdan itirib. Belə hesab olunur ki, hər bir modapərəstin qarderobunda məxmərdən tikilən, heç olmasa, bir libası olmalıdır.



Məxmər çətin parça olsa da, onu krujeva ilə kombin etmək olar. Bəbir və gül naxışları isə məxmərlə nadir hallarda dostluq edir. Bundan başqa, məxmər libas geyinərkən aksessuar seçimi mütləq nəzərə alınmalıdır. Çünki məxmər parçalar bər-bəzəyə dözmür. Məxmərdə, demək olar ki, hər bir dekor (tikmələr, strazlar, süni daşlar, xəz) onu həddən artıq yöndəmsiz və ucuz göstərir.



Məxmər parça hətta ən sadə formanı da təmtəraqlı göstərməyə qadirdir. Əgər siz yaddaqalan obraz yaratmaq istəyirsinizsə, o halda orta uzunluqda dərin sinə dekoltesi olan don seçin, boynunuza incə boyunbağı taxın.



Onu da qeyd edək ki, məxmər çətin parça olduğu üçün onu geyinmədən almaq doğru deyil. Sizə yaraşan rəngi seçin. Məlum məsələdir ki, qara bütün dəri rənginə uyğun gəlir. Sarışın və kürən qızlara qəhvəyi, bənövşəyi və yaşılı, qarabuğdayılara qırmızı və göy məxmərin bütün çalarları tövsiyə edilir.



Məxmər geyimlər artıq gündəlikdə də istifadə olunur. Məsələn, məxmər pencəklə cinsin vəhdəti hər zaman mükəmməl alınır.



Diqqət çəkmək istəməyənlər obrazını məxmər abadok, ayaqqabı və ya çanta ilə tamamlayaraq mövsüm dəbi ilə ayaqlaşa bilərlər.




 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!