Qış obrazını tamamlayan paltolar

Qış obrazını tamamlayan paltolar
Geyimlər
10.09.2017 47
Havalar çox soyuq olsa belə, gözəl geyinmək üçün sonsuz sayda imkanlar var. Qış mövsümündə soyuq havadan qorunmaq nə qədər önəmlidirsə, palto seçmək də bir o qədər mühümdür.



Qışın palto dəbi haqqında sizə bir neçə dəfə məlumat vermişdik. Lakin yuxarıda qeyd etdiyimiz kimi, gözəl görünmək üçün imkanlar və dəb tendensiyaları o qədərdir ki, saymaqla bitmir.



Bol kəsimli paltolar ilin ən ali dəb tendensiyasıdır. Moda evlərinin kreativ dizaynerləri bu mövsüm paltoları mümkün qədər uzun və həcmli formada təqdim ediblər.



Uzun palto modellərində neytral tonlar çox aktualdır. Maksi paltolar cins şalvarlar və mini geyimlərlə rahatlıqla kombinə edilə bilir.



Həcmli paltonu şalvar və dikdabanlı ayaqqabı ilə, həm də idman tərzi ilə uyğunlaşdıra bilərsiniz. Bu cür paltolar xanımların görünüşünə cazibədarlıqla yanaşı, işgüzar obraz qatır.



Məşhur dəb bloggerləri və ulduzlar da bol kəsimli palto dəbinə laqeyd qala bilmir.




 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!