Qışda şortu necə geyinməliyik?

Qışda şortu necə geyinməliyik?
Geyimlər
10.09.2017 67
Dəbi təqib edən xanımlar bilirlər ki, qış aylarında da şort geyinmək olar. Ancaq şortu doğru geyimlərlə uyğunlaşdırmaq çox vacibdir. Əks təqdirdə zövqsüz görünə bilərsiniz.



"Kolqotka” ilə geyinin!

Şortlarınızı qalın kolqotka ilə geyinin. Beləliklə, həm şıq görünəcəksiniz, həm də üşüməyinizin qarşısı alınacaq. Xüsusilə də, cins şortlar "kolqotka” ilə çox gözəl görünür. Hətta qış üçün yeni şort almağınıza ehtiyac yoxdur. Yayda geyindiyiniz cins şortları qışa da uyğunlaşdıra bilərsiniz.



Qalın parça

Qışa uyğun, qalın parçadan tikilmiş şortlar alın. Belə şortlar sizi həm isti saxlayacaq, həm də dəbli göstərəcək. Belə şortları ofis stilinə də daxil etmək olar.



Dəri şort

Dəri şortunuzu qara rəngli geyimlərlə uyğunlaşdırın. Bu kombin küçə stili üçün uyğundur.



Qara rəng

Bədən quruluşunuz mükəmməl deyilsə belə, şort geyinə bilərsiniz. Dolu xanımlar qara rəngli şortu qara "kolqotka” və qara rəngli çəkmə ilə geyinməlidir.




 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!