Dekabr ayında zövqlü görünün

Dekabr ayında zövqlü görünün
Geyimlər
10.09.2017 6
Artıq dekabrdır.  Bu da o deməkdir ki, yeni mövsümdə üşüməmək üçün nə geyinəcəyimiz barədə düşünməyin zamanıdır. Noyabr ayında hamımız trikotaj paltarlara büründük. İsti saxladığı üçün bu dəb tendensiyası hər birimizin xoşuna gəldi. Amma hər gün qalın toxunma geyimlər, həcmli sviterlər geyinmək darıxdırıcıdır.

 

Bundan başqa, işgüzar xanımları da nəzərə almaq lazımdır. Axı ofis dress-kodu ciddi geyinməyi tələb edir.

 

Yun kostyum qış qarderobunun əsas elementi kimi bu mövsümündə bir çox kolleksiyalarda rast gəlinir.

 "Gucci”,
"Ralph Lauren”, "Saint Laurent”, "Derek Lam”, "Edun”, "Valentino”,
 "Christian Dior”, "Stella McCartney” moda evləri bu il pencək və
klassik şalvarları mahud və yun parçalarda təklif edirlər. Bu səbəbdən,
bu ay trikotaj paltarları kostyumla əvəz etmək, şübhəsiz, yaxşı
fikirdir.

 

"Prada”
moda evi isə kişi kostyumlarını tvid parçadan hazırlayıb. Qısaldılmış
pencəklərə əlavə olunmuş xəz applikasiyaları bu rəsmi geyimə incəlik
gətirib.

 

Bu
zərif dəb tendensiyasının qarşısında dayanmaq heç cür mümkün deyil. Biz
də sizə dəst pencək və klassik şalvar almağı məsləhət görürük. 

 



 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!