Küçə stilində metal effekti

Küçə stilində metal effekti
Geyimlər
10.09.2017 14
Bu
qış yalnız cəsarətli və iddialılar dəbli sayılacaq. Odur ki, nəzərlərin
üzərinizdə toplanmasına səbəb olan hər trendə şans verin. Mövsümün ən
qeyri-adi və diqqət çəkən trendlərindən biri də metal effektli geyim və
aksessuarlardır. Bu il metal effektli geyimlərdə klassik qızılı və
gümüşü rənglərlə yanaşı mis, əsgər yaşılı və çəhrayı rəng də istifadə
olunub.



Düşmən ayağa baxar

Əslində,
bu cür ayaqqabıları hər yerə geyinə bilərsiniz. Yəni, gecə
gəzintilərindən tutmuş iş yerinə qədər hər yerdə metal effektli
ayaqqabıya üstünlük vermək olar. Ancaq bu tip ayaqqabıları idman
stilindəki rahat geyimlərlə uyğunlaşdırmaq daha yaxşıdır.

 

Ətəklər bərq vurur

Belə
ətəklər gündəlik stil üçün uyğundur. Metal effekt iddialı göründüyü
üçün onu sadə geyimlərlə, məsələn, qara rəngli kofta və ya qara rəngli
çanta ilə tamamlaya bilərsiniz.

 

Şalvarınla göz qamaşdır!

Şalvarlarda əsasən, qızılı rəngə üstünlük verin. Belə şalvarı qara rəngli kofta və ya köynəklə geyinmək olar.

 

Çantalar da parıldayır

Metal
effektli geyimləri həddən artıq dəbdəbəli hesab edirsinizsə, bu trendlə
ayaqlaşmaq üçün aksessuarlara müraciət edin. Metal effektli çanta sizin
üçün ən yaxşı seçim ola bilər.

 


 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!