Cəzbedici rənglərdən çəkinməyin

Cəzbedici rənglərdən çəkinməyin
Geyimlər
10.09.2017 5
Müasir görünmək üçün dəb tendensiyalarından agah olmaq vacibdir. Ciddi dəb xətasına yol verməmək üçün hansı fason və rənglərin bir-biri ilə uyğunluğundan xəbərdar olmalısınız.

 

Özünəməxsus
üslub yaratmağı arzulayırsınızsa, əlbəttə ki, öz individuallığınızı
vurğulamalısınız. Lakin yuxarıda qeyd edildiyi kimi, üzərinizdəki bütün
aksessuar və geyimlər bir-biri ilə uzlaşmalıdır.

 

 qış
aylarında ancaq tünd rənglərə üstünlük vermək, nəinki ötən ilin, hətta
ötən əsrin qalığıdır. Bu dəb tendensiyası müəyyən mənada öz əhəmiyyətini
qoruyub saxlasa da, artıq neçə ildir ki, açıq rənglər qışın trendi
olmağa davam edir.

 

Təəssüf
ki, çoxları əlvan rəngli paltarlar geyinməkdən çəkinir. Bu, rəngləri
bir-biri ilə uzlaşdıra bilməməkdən irəli gəlir. Əslində, əlvan rəngləri
ahəngdar şəkildə birləşdirmək düşünüldüyü qədər çətin deyil. Biz də bu
yazıda bir neçə "şparqalka" toplamışıq. Şəkillər və məsləhətlər sizə
xeyli yardımçı olacaq.

 

Beləliklə, ağ rəngdən başlayaq: Ağ istənilən rənglə uzlaşır.

 

Çəhrayı həm ağ, həm də soyuq mavi ilə yaraşır. Lakin bənövşəyi rənglə çəhrayını birləşdirməkdən çəkinmək lazımdır.

 

Qırmızı isə ağ, boz, açıq çəhrayı, bənövşəyi, göy və əlbəttə ki, qara ilə yaxşı tutuşur.

 

Yadda
saxlamaq vacibdir ki, sarı özü kifayət qədər cəlbedici rəngdir. Bu
səbəbdən, onu tünd rənglərlə birləşdirmək təklif olunur. Sarı xüsusən
tünd göy, tünd yaşıl və zoğalı rənglə gözəl uzlaşır.

 

Narıncı ilə göy, mavi və əlbəttə ki, bənövşəyinin uyğunlaşması maraqlıdır.

 

Qəhvəyinin
krem rəngləri, o cümlədən, çox açıq çəhrayı ilə sintezi uğurlu alınır.
Qəhvəyi rəng yaşıl və narıncı ilə də gözəl qalır.

 

Yaşıl rəngi qəhvəyi və narıncı ilə uzlaşdıra bilərsiniz. Tünd yaşılla açıq sarının birləşməsi də zövqlü görünür.




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!