Qara rəngə zövq qatın

Qara rəngə zövq qatın
Geyimlər
10.09.2017 17
Qara rəng heç zaman dəbdən düşmür. ənHətta  çılğın rənglərin dəb olduğu illərdə belə, qara rəng öz aktuallığını qoruyub saxlaya bilib.

 

Bu
ilin qış mövsümündə də qarla ziddiyyət təşkil edən qara rəngli
kombinlərə üstünlük verə biləcəksiniz. Üstəlik, küçə dəbində yeni vüsət
alan trend başdan-ayağa qara geyinməyi diqtə edir. Xüsusilə, sarışın
xanımlara yaraşan bu tip kombinləri 2016-cı ildə hər kəsin üzərində görə
biləcəyik.

 

Saç rənginizin elə bir əhəmiyyəti olmayacaq. Yetər ki, sizin qara rəngli geyimləriniz və aksessuarlarınız olsun.

 

1. Qapqara geyindiyiniz günlərdə bəbir printli kiçik aksessuarlardan istifadə edə bilərsiniz.

 

2. Qara rəngin açıq və tünd çalarlarından istifadə edin. Parıldayan dəri geyimlərlə, solğun paltarları birləşdirin.

 

3. Başdan-ayağa qara geyinmisinizsə, qırmızı dodaq boyası çəkin. Göz makiyajınızı isə laynerlə tamamlayın.

4. Qırmızı, ağ və arzuladığınız hər hansı bir rəngdə ipək yaylıq və ya şarflardan istifadə edin.

 

5.
Qara, qısa donu həm küçə, həm ofis, həm də xüsusi dəvətlərdə geyinə
bilərsiniz. Donu daha şıq göstərmək üçün qara rəngdə pencək, ayaqqabı,
çanta və qızılı aksessuarlar kifayət edəcək.

 

6. Uzun donları qısa dəri pencəklərlə kombinə edərək bohem tərzə bürünə bilərsiniz.

 

7. Qara, midi ətəyi köynəklərlə geyinərək ofis stili yarada bilərsiniz.

 

Daha çox kombin fikri üçün təqdim etdiyimiz fotolara nəzər salın!




 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!