Yeni il ab-havasını geyimlərdə hiss edək

Yeni il ab-havasını geyimlərdə hiss edək
Geyimlər
10.09.2017 8
Yeni il bayramına artıq çox az vaxt qalıb. Ənənəvi bayram rəmzləri, yeni il yeməkləri, hədiyyə seçimindən əlavə, bayram ab-havası geyimdə də hiss olunmalıdır.

Təqdim etdiyimiz köynəklər, demək olar ki, özündə bütün Milad rəmzlərini və rəngləri birləşdirir. Yerli və xarici ulduzlar arasında da bu köynəkləri seçənlər az deyil.  

 

Ağ-qara klassikadır

Bayram
simvollarının əks olunduğu ağ-qara sviterlər bir qayda olaraq Yeni İl
ərəfəsində dəbə minir. Onlar nəinki yeni il əhval-ruhiyyəsi yaradacaq,
həm də şaxtalı hava üçün ideal olacaq. Ağ-qara klassikadır, amma
unutmayın ki, bu il kişisayağı geniş sviterlər daha aktualdır.

 

Xəyalpərəst və praqmatiklər üçün

Hazırda
heyvanların şirin fotoları heç vaxt olmadığı qədər aktualdır.
Dizaynerlər də heyvanların həm romantik, həm də istehzalı fotolarını
fikirləşib tapırlar. Əlbəttə ki, sviterlər qırmızı rəngdə olmalıdır!

 

Maral təsvirləri

Üstündə
maral təsvirləri olan sviterlər hər kəsin sevimlisidir. Gözəl
əhval-ruhiyyə yaratmaq üçün maralların ən gülməli fotoları əks olunmuş
sviterləri seçin və öz yumor hissinizi göstərin.

 

Aksessuarlar

Bu
il yeni simvollarla işlənmiş papaq və şərflər də dəbdədir. Bayram
əhval-ruhiyyəsinə köklənmək üçün belə bir dəst almaq vacibdir.




 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!