Stil ikonasından bənzərsiz palto dəbi

Stil ikonasından bənzərsiz palto dəbi
Geyimlər
10.09.2017 25
Stil
ikonaları geyim məsələsində bizim üçün ən yaxşı nümunədir. Məsələn,
trendləri müəyyən edən dəb ilahəsi Miroslava Duma isti və yun paltoları,
rahat ponçoları, o cümlədən, plaş və kürkləri necə geyinmək lazım
olduğunu öz ifasında ən yaxşı şəkildə nümayiş edir.

 

Gözlənilməz
eksperimentlər və bənzərsiz zövq duyumu sayəsində Miroslava Duma bir
neçə üslubu məharətlə birləşdirir. Bu bacarığına görə miniatür xanım dəb
dünyasında stil ikonası statusuna və "mix master” (müxtəlif üslubları
ustalıqla birləşdirməyi bacaran insan ) ləqəbinə layiq görülüb.

 

Miroslavanın
üslubu cəlbedici, cəsarətli və individualdır. Bu səbəbdən, onun
geyimləri hər zaman çoxlu mübahisələr doğurur. Bir qrup onun
təkrarolunmaz zövq duyumuna malik olduğunu etiraf edir, digərləri isə
təzad təşkil edən geyimləri birləşdirməkdə günahlandırır. Hər halda onun
moda dünyasına verdiyi töhfələri danmaq olmaz. Artıq neçə ildir ki, bu
miniatür xanım ardıcıl olaraq, dəb jurnallarını üslubu ilə fəth edir. O,
ən son dəb tendensiyalarını izləyir və tez-tez klassik çərçivədən
kənara çıxır. Bu da bütün dəb tənqidçilərini cəlb edir.

 

Stil
ikonası trendlərə kor-koranə əməl etmir. Miroslava Duma istənilən halda
kütləni yeni ideyalarla təəccübləndirməyi bacarır. Hətta moda
həftələrində fotoqraflar onun qeyri-adi obrazlarını çəkmək üçün növbəyə
düzülür. Onun bəzək-düzək sahəsində böyük təcrübəsi var və o, demək olar
ki, istənilən obrazı yarada bilər. Dumanın bəzək əşyaları hər zövqə
xitab edir. Bu, parıltılı muncuqlar, yaxud rəngarəng saç lentləri ola
bilər. Modapərəst xanım yeni bənzərsiz obrazlar yaratmaqdan qorxmur.
Miroslava Duma geniş və rəngarəng qarderob sahibidir.

 

Palto
və plaşlar  isə onun qarderobunun ayrılmaz hissəsidir. Dəb ilahəsinin
hər rəngdə palto və plaşları var. Lakin bej və pastel rəngin müxtəlif
çalarlarına daha çox rast gəlinir. Onun qarderobunda bu üst geyimin ən
rəngbərəng və müxtəlif fasonlarına rast gələ bilərik. Miroslava lakonik
və təkrəng paltolarına yaxa sancaqları və ya kəmərlə bəzək vurur. Kəşmir
və ya yun paltoları adətən dəri kəmərlə, plaş və dəri üst geyimlərini
isə metal kəmərlə uzlaşdırır. Bu zaman onun obrazı effektli alınır.

 

Kiçikboylu
qızlara uzun geyimlərin başucalığı gətirmədiyi deyilsə də, dəb ilahəsi
öz timsalında bunun tamamilə əksini sübut edir. Uzun paltoları dikdaban
ayaqqabılarla birləşdirib özünə yaraşdırır.

Miroslava
ponçoların da böyük pərəstişkarıdır. Ulduz modapərəst müxtəlif fasonlu
ponçoları öz çiyinlərinə saymazyana atır. Ponçolar sadə geyim olsa da,
çox gözəl təsir bağışlayır. Avropa ailələrinin padşahları əbəs yerə
ponçoları sevmirdi ki...




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!