Bol kəsimli şalvarla möhtəşəm görünməyin yolları

Bol kəsimli şalvarla möhtəşəm görünməyin yolları
Geyimlər
10.09.2017 13
Heç
vaxt dəbdən düşməyən trendlərdən biri də bol kəsimli şalvarlardır.
Əvvəllər bohem tərzinin əsas geyimlərindən hesab edilsə də, artıq bir
çox tərzdə özünə yer tapıb.

 

Bu
il bol kəsimli şalvarlar üçün parlaq dövr olacaq, çünki istər küçə
stilində, istərsə də, dəbdəbəli ziyafət gecələrində bol kəsimli şalvar
kombinlərinə tez-tez rast gələcəyik. Bu cür şalvarla ofis stili yaratmaq
da mümkündür.

 

1. Bol kəsimli şalvarı idman ayaqqabısı ilə geyinin.

 

2. Şalvarınızı bədəninizə yapışan kofta və ya köynəklə geyinin. Kombininizi hündürdaban ayaqqabı ilə tamamlayın.

 

3. Artıq bol kəsimli cinslər də qarderoblarda özünə yer tapır. Belə cins şalvarı parlaq rəngli, naxışlı köynəklə geyinin.

 

4.
Qat-qat geyinmək bu qış da öz aktuallığını qoruyur. Bol kəsimli
şalvarınızı nazik kofta ilə tamamlayın. Üzərindən qısa sviter geyinə
bilərsiniz. Ancaq şalvarınız mütləq hündürbel olmalıdır.

 

5. Bol kəsimli şalvarla uzun paltolar əla yaraşır. Bu kombini idman ayaqqabısı ilə tamamlamağınız məsləhətdir.




 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!