Siz susun, qoy rənglər danışsın

Siz susun, qoy rənglər danışsın
Geyimlər
10.09.2017 6
İdeal
qarderobun formalaşması üçün hansı rəngi bir-biri ilə
uyğunlaşdırmağı bilmək lazımdır. Əks halda, başqaları sizə baxdıqca yol
verdiyiniz səhvləri redaktə etmək istəyəcək.

 

Qırmızı

Əgər
qırmızı rəngli paltar geyinmisinizsə, ətrafdakıların maksimum diqqətinə
hazır olun. Bu rəng özünə əmin adamlar üçündür. Ciddi dəb xətasına yol
verməmək üçün qırmızını elə qırmızı ilə birləşdirməyi təklif edirik.
Obrazın başdan-ayağa qırmızı olması ölməz klassika sayılır. Diqqət
mərkəzində olmaqdan qorxursunzusa, onda qırmızını sakit bej çalarları
ilə birləşdirin.

 

Pastel tonları

Pastel
çalarları sakit olduğu üçün onları bir-biri ilə istədiyiniz kimi
cəsarətlə uzlaşdırın. Bahar və yaz aylarında onların dövrü başlayır.
Dünya şöhrətli rəng təşkilatı "Pantone” zərif çəhrayı ilə soyuq mavini
 2016-cı ilin əsas rəngləri olacağını proqnozlaşdırıb.

Bir sözlə, gələn bahar zərif və həssas olacaq!

 




bütün digər rənglərlə yola gedir. Xüsusilə, göy, qırmızı, sarı və qara
ilə gözəl görünür. Gündəlik obraz yaratmaq üçün ağla qəhvəyinin möhtəşəm
ahənginə diqqət yetirin. Belə təmkinli rənglərin qovuşması işgüzar
üslubda qüsursuz görünür.

 

Cins rəngləri

Cinsin
müxtəlif rənglərlə vəhdəti uzun müddət qadağa altında idi. İndi isə
cinsin müxtəlif çalarlarını istənilən rənglə görüşürdürmək qəbahət
sayılmır. Odur ki, cinsi  sevdiyiniz hər hansı rənglə birləşdirməkdən
qəti qorxmayın.

 

Dəniz mövzusu

Dəniz
mövzusunu dəbə ötən əsrin 30-ci illərində ilk dəfə Koko Şanel gətirib.
O, donanma əsgərləri kimi geyinməyi çox sevirdi. Ağ-qara və ya tünd
göylə ağ zolaq naxışı indiyədək dəbdədir. Dəniz mövzusuna 3 rəng çaları:
göy, ağ, qara və qırmızı daxildir. Dizaynerlər incə obrazların
yaradılması üçün əlavə olaraq qızıl aksessuarlardan istifadə etməyi
məsləhət görür.

 

Xardal

Xardalla
qəhvəyi, sarı, xaki, şokolad rəngləri ideal şəkildə uyğun gəlir.
Klassik obrazın yaradılması üçün onu baza rəngləri - ağ və qara ilə
birləşdirmək olar. Biz isə xardal və açıq çəhrayının vəhdətini tövsiyə
edirik. Belə zərif obrazı hətta ofisə də geyinmək olar.

 

Şərab rəngi

Tünd
qırmızıya bəzən şərab rəngi də deyilir. Şərab çaları digər rənglərlə
çox asanlıqla uzlaşır. Lakin şərab çalarları ağ və bozun  fonunda daha
effektli görünür. Zoğalını həmçinin qəhvəyi, süd rəngləri ilə
qarışdırmaq olar.

 

Çəhrayı

İncə
və zərif qadın obrazı yaratmaq üçün çəhrayı rəng seçin. O, ağ, mavi,
qəhvəyi və göylə mükəmməl uzlaşır. Ağla çəhrayının birləşməsi  hər zaman
bəyənilir. Hətta bu şəkildə işə və ya işgüzar görüşə də getmək olar.
Tezliklə bahardır, deməli, çəhrayı palto almaq tam yerinə düşər.

 

Boz

Boz
rəng cansıxıcı əhval demək deyil. O, ofis üslubu üçün ideal zəmin
rolunu oynayır, lakin biz başdan-ayağa boz geyməyi məsləhət görmürük.
Bozla yaşıl, çəhrayı və ya mavi yaxşı kombinasiyadır. Ümumiyyətlə,
unutmayın ki, boz istənilən rənglə uzlaşır.

Göy

Göy
ən aristokrat rəng palitrasıdır. O, fil dişi, ağ və qəhvəyi ilə yaxşı
uzlaşır. Onu eləcə də, qəhvəyi, qırmızı və sarı ilə birləşdirmək olar.
Göylə qəhvəyinin ahəngi də nəcib obraz yaradacaq!

 

Məşhur
dəb bloqqeri Yelena Qalant bir-birinə uyğun rəngləri tapmaqda ustadır.
Gəlin, onun məlahətli obrazlarını nəzərdən keçirək.





 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!