Baharın romantik dəb tendensiyaları ilə tanış olun

Baharın romantik dəb tendensiyaları ilə tanış olun
Geyimlər
10.09.2017 7
Bahar artıq yaxınlaşır. Bu da o deməkdir ki, qışı yola salıb yaza hazırlaşmaq vaxtıdır.

 

Trapez şalvar

Yazın əsas dəb tendensiyasını hündür, qalın dabanlı ayaqqabı və beli qısa pencəklə birləşdirməyi təklif edirik.

 

Bantlı köynək

Yaxası bantlı köynəklər minimalizmi tələb edir, amma çox zərif görünür.

 

Fedora şlyapa

Bahar
ilin ən romantik mövsümüdür. XX əsrin birinci yarısında olduqca
populyar olan fedora şlyapaları bu romantikanı daha da artıracaq və
obrazı zərif göstərəcək. Odur ki, dəyişməyə hazır olun. Şəhərin
küçələrini romantikaya bürümək sizin əlinizdədir.

 

Önü düyməli ətəklər

Önü düyməli ətəklər yenidən populyarlığın zirvəsindədir. Onu nə ilə desən, geymək olar, öz təxəyyülünüzü işə salın.

 

Jilet-donlar

Bu bahar məktəb günlərimizi xatırlayaq. Nə qədər qısa olsa, bir o qədər yaxşıdır.

 

Hündürbel cinslər

Hündürbel cinslər qarderobun ən  universal predmetidir. Sadə birrəngli futbolka ilə cinsin vəhdəti ən əlverişli dəstdir.

 

Alçaqdaban

Bu
mövsüm dizaynerlərin əksəriyyəti hüdürdabandan imtina ediblər. Əvəzində
retro üslubunun əsas elementi olan alçaqdabanlı ayaqqabılar təklif
edirlər. Bu ayaqqabılar həm rahatlığına, həm də istənilən üslubla
uzlaşdığına görə əlverişlidir.

 

Viktoriansayağı yaxalar

Məlahətli
və aristokrat obraz yaratmaq istəyirsinizsə, yaxası büzməli
viktoriansayağı köynəklər alın. Bonus olaraq obraza iri mirvari sırğa və
ya saç broşu əlavə etmək olar.

 

Alt paltarı tərzi

Müəmmalı
və məlahətli görünmək istəyən xanımlar alt paltarı tərzində tikilmiş
fasonlara müraciət edə bilər. Bu cür paltarlar incə ayaqqabılarla gözəl
görünür.




 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!