Yazın rəngarəng palto dəbi

Yazın rəngarəng palto dəbi
Geyimlər
10.09.2017 19
Moda
aləmində çox böyük sayda palto fasonları var. Qarderobun bu baza geyimi
gözəl zövqün və üslubun rəmzinə çevrilib. Dizaynerlər modapərəst
xanımlar üçün hər il müxtəlif rəng və dekorda paltolar təqdim edir.

 

Qış
ayları üçün tünd çalarlar keçərli olsa da, bahar yaxınlaşdıqca
paltoların rəngi açılır, materialı da fərqlənir. Bir halda ki, təbiət də
öz solğun rəngini al-əlvan rənglərlə əvəz edir, biz niyə qara və qonur
kimi tünd çalarlara bürünək? 

 

Hər
şeydən əvvəl gözünüzün öyrəşdiyi rəngləri unudun. Yadda saxlayın ki,
tünd rəngli paltolar aktuallığını çoxdan yadırğayıb. Bundan başqa, tünd
çalarlar yazın  al-əlvan geyimləri ilə  yaxşı uzlaşmır.

 

Yuxarıda
qeyd etdiyimiz kimi, bir çox moda evləri yaz üçün geniş palitrada
paltolar təklif edib. Mövsümün favoritləri sırasına mavi, açıq çəhrayı,
yaşıl rənglər daxildir. Həmçinin, süd və karamel rənglər də aktualdır.
Rəng bloku da əvvəlki kimi trendlər siyahısındadır. Lakin rəng bloku 
geyimdə də iştirak edirsə,  üst geyimi tək rəngdə seçin.

 

Əgər
əlvan rəngli palto seçmisinizsə, obrazı əlavə detallarla yükləmək
olmaz. Bu halda maksimum dərəcədə yığcam biçimə üstünlük vermək daha
yaxşıdır.




 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!