Sarafanlar

Sarafanlar
Geyimlər
10.09.2017 24
Sarafan ilk baxışdan sadə geyim olsa da, əslində tikilişi müxtəlif mürəkkəblik və fantaziya tələb edir.

Sarafanlar ilk dəfə kənd yerlərində peyda olub. 70-ci illərdə isə o şəhərə ayaq açıb, xeyli müasirləşib və demək olar ki, şəhərli qızların sevimli geyim növünə çevrilib.

Sarafanların müxtəlif növləri var: toxunma, tikmə, qismən hörülmə və s. Sarafanların bər-bəzəyində hər modelyer öz fantaziyasına arxalanır.Sarafanların kənarları toxuna, krujevalar, büzmələr, taftalar tikilə, yaxud applikasiyalardan istifadə oluna bilir.



Sarafanlara çox vaxt işgüzar xanımlar da müraciət edir. Çünki, sarafanlar olduqca rahat və sərin geyim növüdür.

Müasir sarafanlar isə digərlərindən xüsusilə fərqlənir. Onlar ciddi siluetə malikdir: korsetli, qısa jiletli və yaxud beldən yuxarı açıq dekolteli, aşağı hissəsi isə dar ətəklidir.

Sarafanların parçalarına gəldikdə, bunlar kətan, təmiz pambıq, ipək, viskoza, şifonlardır. Ən çox saya parçalardan istifadə olunur. Rəngli, xırda güllü, applikasiyalı, nazik zolaqlı parçalar sarafan üçün daha çox əlverişlidir.

Sarafanlarda klassik qara, qəhvəyi, boz, göy, mavi və bej rənglərdən istifadə olunur.

Sarafan əsasən, dizdən aşağı keçməməlidir. Uzun ətəkli sarafanlar isə, o qədər də xarakterik deyil.

Çox vaxt kənd stilindədir, parlaqdır, maksi və mini formalı olmaqla, allı-güllü rənglərin toplusundan ibarətdir.

Bir sözlə, sarafanlar bütün zövqlər üçündür. Xanımlar, yayı rahat və sərin keçirmək üçün küləyin "dostu " olan sarafanlara güvənə bilərsiniz .скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!