Zövqlü qadın olmağın 5 qaydası

Zövqlü qadın olmağın 5 qaydası
Geyimlər
10.09.2017 63
Moda
ilə ayaqlaşmaq praktiki olaraq mümkün deyil, çünki hər yenii mövsüm özü
ilə birlikdə onlarla yeni trend gətirir. Stil isə ölməzdir.

 

Qənaət etməyə dəyməz!

Elə
geyimlər var ki, onlar istənilən dövrdə öz aktuallığını qoruyub
saxlayır. Bunlara gecə tədbirləri üçün ayaqqabı, çanta, dəri gödəkcə,
klassik biçimli yun palto daxildir. Qarderobun bu elementlərinin həmişə 
populyar olduğunu nəzərə alaraq, qənaət etməmək və onlara cəsarətlə pul
xərcləmək olar. Məsələn, yaxşı və bahalı ayaqqabı sizin üçün əsl
tapıntıdır, ona çox pul xərcləməklə lap on il də geyinmək imkanı əldə
edəcəksiniz.

 

Bilmək müsbət haldır, almaq isə vacib deyil!

Bu
mövsüm hansı ətəklərin populyarlıq zirvəsində olduğunu bilmək
üstünlükdür. Amma bu, qətiyyən o demək deyil ki, hər xanımın belə
yubkası olmalıdır! Trendlərlə yalnız o halda ayaqlaşmaq olar ki, o sizə
yaraşsın.

 

Üç qüvvə

Elə
günlər olur ki, yaxşı geyinməyə heç həvəsimiz olmur. Belə hallar üçün
əlinizin altında əvvəlcədən düşünülmüş üç baza geyimi olmalıdır.
Məsələn: bluz və ya sviter, şalvar və üst geyim. Bu zaman dəb
tendensiyalarının heç bir əhəmiyyəti qalmır. Siz belə paltarda həmişə
əla görünəcəksiniz!

 

Variantlar çoxdur

Alış-veriş
zamanı seçim qarşısında qalmaq normal haldır. Lakin çeşidləri görüb
özünüzü itirməyin. Bu zaman bəyəndiyiniz hər hansı geyimi, ayaqqabı və
çantanı 3 ayrı-ayrı dəst ilə uzlaşdırmağın mümkünlüyünə diqqət edin.
Sadə dillə desək, siz sviter almağa gedəndə onun həm klassik şalvar, həm
yubka, həm də cinslə uyğun gələninə üstünlük verin.



Qarderobunuzdan maksimum faydalanın!

Çoxları
elə düşünür ki, onlar bazar ertəsi işə ağ köynəkdə gəliblərsə, onda
çərşənbə axşamı mütləq başqa bir köynək geyinmək lazımdır! Bu qaydalarla
ruhunuzu yormayın. Biz əminliklə bildiririk ki, qarderobun bəzi baza
geyimlərindən maksimum yararlanmaq biabırçılıq deyil. Ağ futbolka
şalvarlarla və pencəklə yaxşı görünür, axşam isə onu cinslə birləşdirib
gəzintiyə rahat gedə bilərsiniz.




 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!