90-cı illərin cins dəbi yenidən aktualdır

90-cı illərin cins dəbi yenidən aktualdır
Geyimlər
10.09.2017 23
Cins şalvar, şübhəsiz, hər mövsüm dəbdədir. 



Qadınlar.Biz xəbər verir ki, cinslər trendlərə qalib gələrək, illərdir dəbdə qala bilən yeganə geyimdir.



Cins
şalvarı 1873-ci ildə Yakob Devis və Levi Ştraus ixtira edib. 1950-ci
illərdən başlayaraq, əvvəlcə kovboylar və şaxtaçılar üçün nəzərdə
tutulan cins şalvar, sonralar gənclər arasında da dəbə minib. 80-ci
illərdə isə cins şalvarlar bir anda populyar olmağa başladı.

Cins
şalvar deyərkən "Levi’s” adı yada düşür, çünki bu şalvarlar ilk dəfə
məhz bu brendin adı ilə satışa çıxarılıb. İlk istehsal olunan cinslər
açıq mavi rəngdə olub. Sonralar yeni rənglərdə və yeni stillərdə
istehsal olunmağa başlayıb. Digər parçalarla müqayisədə, cins geyimlər,
xüsusilə, cins şalvarlar cırılmağa və deşilməyə qarşı daha davamlıdır.



Cins
şalvarlar bütün dünyada gündəlik paltar sayılsa da, o, ulduzların da
sevdiyi geyimdir. 2000-ci illərdə pop-ulduzları Britni Spirs, Cennifer
Lopez, Kristina Aqilera və digər ulduzlar səhnə çıxışlarında cins
geyinməklə onun populyarlığını daha artırdı.



Qeyd edək ki, 80 və 90-cı illərin hündür və bir qədər boş cins şalvarları yenidən aktualdır.



Biz uzun illər boyu ən yaddaqalan cins şalvar modellərini toplamışıq.




 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!