Skinny cinslərin cəsarətli rəqibi - Mom cinslər

Skinny cinslərin cəsarətli rəqibi - Mom cinslər
Geyimlər
10.09.2017 9
Hər
mövsüm bir az dəyişikliyə uğrayaraq qarşımıza çıxan skinny cinslərin
axır ki, rəqibi çıxdı. Mom cinslər... Geniş kəsimi, yüksək beli və rahat
forması ilə keçmişdən bizə tanış olan bu cinslər artıq son zamanlar
tez-tez rastımıza çıxır. Elə buna görə də bu dəfə "Dəb
gündəliyi” rubrikamızda sizə mom cinslərin dəb dünyasına daxil olmasını
və bir-birindən şıq mom cins modellərini təqdim edirik.



Mom
cinslər ilk dəfə mağazaların vitrinlərində 1980-ci illərdə görünməyə
başladı. Və skinny cins dizaynerlərinin də marağına səbəb oldu.
Yarandığı gündən mom cinslər, əsasən, xanımların rahatlığı üçün nəzərdə
tutulub. İlk vaxtlar orta yaşlı xanımların daha çox üstünlük
verdiyi cinslərə çevrildi. 1990-cı illərdə isə bütün xanımlar tərəfindən
geyinilməyə başlandı. Bu dövrə qədər mom cinslər ABŞ-da daha çox
geyinilirdi. Amerikada mom cinslər disko tərzini xatırladırdı. Dəri
ayaqqabı və yaxası açıq köynəklə mom cinsi dəstləşdirib həmin dönəmin
disko tərzini yaratmaq amerikalı xanımlar üçün çox asan idi. İngiltərədə
isə mom cinslər şahzadə Diana ilə məşhurlaşdı. Belə ki, Diana sadə ağ
köynəyi ilə mom cinsini geyinib rahatlıqla küçəyə çıxa bilirdi. Şahzadə
olmağı və kraliyyət qayda-qanunu onun mom cinslərə olan sevgisinə
heç vaxt mane ola bilmədi. 



2000-ci
illərdə də Mom cinslər skinny-lərə rəqib olmağa davam edirdi. Amma hələ
də, skinny-lərdən üstün olmağı bacarmırdı. 2003-cü ilin mayında
Saturday Night Live-də reklam olunması denimin bu növünü daha da
məşhurlaşdırdı. Və getdikcə bu dönəmdə də mom-lar itirdiyi üstünlüyü
bərpa edirdi. Bir müddət sonra, 2013-14-cü illərdə Marc Jacobs’un Louis
Vuitton üçün hazırladığı payız-qış kolleksiyasında möhtəşəm şəkildə
qarşımıza çıxdı. Təbii ki, 90-lardakı kimi Looney Tunes-n
xarakterlərinin bəzədiyi köynəklərlə yox, işləməli və
"couture” parçalarla önə çıxmağa başladı. Bu da onun disko tərzindən
uzaqlaşıb daha qadınsı tərzləri ifadə etməsinə kömək etdi. Bir il sonra
isə Gucci, Chloe, Dolce & Gabbana, Fendi, Kenzo, Mm6 Maison Martin
Margiela kimi brendlərin 2015 yaz-yaz dəb nümayişlərində yüksək belli,
geniş seqmentli modellərini də gördük. 



Mom
cinslərin son zamanlar dəb aləmində yüksəliş etməsində sözsüz ki,
"küçə”lərin də böyük rolu var. Əvvəllər hər bir trend podiumlardan
küçələrə keçirdisə, indi əksinədir. Küçə dəbi podiumlardakı
kolleksiyaları formalaşdırır. Elə mom cinslər kimi. Momlar son
zamanlar podiumlarda Emmanuelle Alt-ın skinny-lərindən imtina edib mom
cinslə podiuma çıxması ilə öz yüksəlişini yaşadı. Dünyaca məşhur bloqer
Leandra Medine isə mom cinslər haqqında tam 132  dəfə post paylaşıb.
Əsasən, bu postlar mom cinslərin necə, nə zaman geyinilməsi, nə
ilə kombinlənməsi kimi mövzuları əhatə edir. Hətta o, postlarının
birində qeyd edib ki: "Mom cinslər skinny, qara qısa paltarlar kimi
qadını gözəl göstərməyə çalışmır. Onların belə dərdi yoxdu. Mom
cinslərin gücü insanları cəlbetmək və estetik cəhətdən yaxşı
görünmək düşüncəsindən uzaqlaşmaqda, "cool” görüntü yaradıb, rahatlıq
bəxş etməkdədir.”.

Mom
cinslərin yaranmasından, dəb aləminə necə gəlməyindən danışırıqsa
onları necə geyinməyin də yollarını bilməkdə fayda var. Ona görə də sizə
bu sevimli və rahat cinsləri geyinməyin 5 yolunu təqdim edirik: 

1.
Mom cins geyinirsinizsə çalışın onu nude çalarlarında olan
hündürdabanlı ayaqqabılarla dəstləşdirəsiniz. Belə olduqda həm
ayaqlarınız uzun görünəcək, həm də ki, onu axşam yeməyə, görüşə gedəndə
də rahatlıqla geyinə biləcəksiniz.



2.
Hamı ilə eyni cür mom cins geyinmək istəmirsinizsə onu
özünüzünküləşdirə bilərsiniz. Misal üçün üzərinə kiçik yamaqlar ata,
stikerlər yapışdıra bilərsiniz. 



3. Çalışın biləyinizi örtməyən ayaqqabılar geyinəsiniz.



4. Onu idman tərzli geyimdən uzaqlaşdırıb şıq bir üst geyimi ilə daha qadınsı vəziyyətə gətirə bilərsiniz.



5.
Açıq rəngli cinslər seçmək yerinə daha tündlərinə üstünlük verin. Belə
cinsləri isə nazik bir kəmər və alçaqdabanlı ayaqqabı ilə dəstləşdirin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!