Cins şalvarlar arasında qeyb olduq?!

Cins şalvarlar arasında qeyb olduq?!
Geyimlər
10.09.2017 8
Son
illərdə dalbadal moda dünyasında çıxış edən cins şalvar modelləri, tam
olaraq, başımızı döndürdüyünü deyə bilərik. Hətta adları belə baş
qarışdırdı. O zaman, gəlin birlikdə son illərdə ən çox məşhurlaşan cins
modelləri, adları, formalarını daha yaxşı aydınlaşdıraq, bəlkə də, bu
yazıdan sonra hansı model istədiyinizi daha yaxşı aydınlaşdıra
bilərsiniz...

Həmən başlayaq!



İspansayağı balaqlar



 70-ci
illərdən bu günlərə gəlib, bizə yadigar qalan "İspansayağı balaqlar".
60-cı illərdə ilk olaraq Hippilərin ən önəmli geyimlərindən biri idi
ancaq 70-ci illərdə məşhur şou aparıcıları Cher və Sonny Bono bir neçə
dəfə geyindikdən sonra izləyicilər arasında bir axın başladı "Enli
balaqlar" və bu axın getdikcə hər yeri bürüdü. Hippi olan,olmayan, kişi,
qadın fərqi olmadan hər kəs artıq 70-ci illərdə bunu geyinməyə başladı.
Həmin dövrdə balaq nə qədər enli olsa, bir o qədər yaxşı idi. Qadınlar
isə hündür, platformalı ayaqqabılarla, qısa üstlərlə istifadə edirdilər
enli balaqları. Təbii ki, o zamanlar qadınlar üçün daha çox cinsdən
hazırlanırdı enli balaqlar. Bu keçən illərdən sonra yenidən təxmini
2005-2008-ci illərdə trend oldu və hələ də günümüzdə istifadə olunur.
Enli balaqlar hər qadın bədəninin daşıya biləcəyi bir kəsim deyil.
Dizaynerlər daha çox ayaq boyu uzun, incə xanımlara uyğun görürlər.
Burada ən çox fikir verilməli olan isə balaqların uzunluğudur, mütləq
ayaqqabıları örtəcək uzunluqda olmalıdır həmçinin ayaqqabının ucu görünə
bilər. Və sonda hündür, platformalı ayaqqabıları altından rahatlıqla
geyinə bilərsiniz.



"Skinny" cinslər



 Yəqin
ki, gənclər arasında neçə ildir ki, varlığını, məşhurluğunu qoruyan
yeganə cinsdir. Bütün bədənə tam oturaraq, bədənin hər qıvrımını
göstərir və bu səbəblə də bu cinslərdə gözəl görünmək üçün, düzgün
bədənə sahib olmaq qaçınılmazdır. Əmin olun, sizə artıq-əksik heç nə
verməyəcək, nə var nə yox onu sərgiləyəcək bədəninizdə. Bir də buna
bənzər "Slim fit" var ancaq o daha çox miniatür, kiçik boylulara
uyğundur ki, bədənə biraz həcm verir.



Boyfriend cinslər



2000-ci
ildə bir neçə xarici məşhur insan geyinəcək bir şey tapmadıqlarından
oğlan yoldaşlarının qarderobuna əl attılar və beləliklə küçələrdə
"Boyfriend" cinslər boy göstərməyə başladı. Təbii ki, bu trend ölkəmizə
bir xeyli gec gəldi. Adından da göründüyü kimi qarşı cinsin
qarderobundan götürüldüyü üçün beli aşağıda, bədənə boş, balaqları uzun
olur və daha çox balaqları qatlanılaraq istifadə olunur. Bəli, ayaq boyu
uzunluğunu bir xeyli qısaldır. Ancaq o qədər rahatdır ki, əl çəkmək
çətindir bu modeldən.



Mom cinslər



90-cı
illərdən bu günümüzə gəlib çatan cinslərdəndir. 90-cı illərdə "Mən
artıq anayam" mənasına gəlsə də, günümüzdə gənc qızların sıxlıqla
istifadə etdiyi geyimlərdəndir. Yuxarı bel olmağı səbəbi ilə boyu
uzadır. Daha çox açıq rəngli cinslərdən hazırlanır. Həm çox "cool", həm
də, qadınsı bir geyimdir. Bütün bunlara baxanda xanımların qarderobundan
hələ önümüzdəki bir neçə il də çıxmayacağa bənzəyir.



Dad cinslər



"Mom"
cinsə çox bənzəyən bir də, "Dad" cinslər vardır ki, aralarındakı fərqi
görmək çətindir. "Dad" cinslərdə bel bandı daha rahat və boş olduğu
halda (daha çox kəmərlə istifadə olunur), digərində isə bir xeyli
yuxarıda və narahatdır. "Mom" cinsdə arxa hissə vurğulanır ancaq
digərində deyil. "Dad" cinslərdə diz hissəsi düz gəlir, digərində isə,
diz hissə biz olur yəni, vurğulanır. "Mom" cinslərdə balaqlar biləkdən
yuxarıda bitir və ya qatlanır, digərində isə, biləkdən aşağıda bitir.
Dediyimiz kimi, fərqlər hiss olunmayacaq qədər azdır.



Girlfriend cinslər



Bütün
bu cinslərdən həmən sonra "Girlfriend" dəbə gəldi. Tam olaraq
"Boyfriend" və "Mom" cinslərin arasında bir geyimdir. Bel bandı nə çox
yuxarı nə çox aşağı, orta, dar olmayan, bədən cizgilərini bildirməyən,
balaqları düz enən və bilək üstü bitən bir cins formasıdır. Bu da çox
rahat olan cinslərdəndir, eyni zamanda artıq kiloları gizlətmək üçün
yaxşı seçimdir.



Cropped flare




ən son dəbə gələn, trend olan cins modeli "Cropped flare" cinslər.
Qısaca açıqlasaq İngilis dilindən tərcümədə enli balaq ("İspansayağı")
cinslərin kəsilmiş forması mənasına gəlir. Balaqlarının qısa olmağı
səbəbilə, boyu vizual olaraq daha uzun göstərir. Bəzilərində balağı
tikilmiş, bəzilərində isə elə kəsilmiş görünüşü verir.

Bu
da, son. Sadaladığımız cins modellərinin bəziləri dəbdən düşüb,
bəziləri isə hələ də aktualdır. Ancaq cins elə bir geyimdir ki, hər
bədən formasına uyğun bir  və ya bir neçə model olur, odur ki, əsas olan
bədən formanıza ən uyğun cinsi tapmaqdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!