Məşhur modellər və onların real stilləri

Məşhur modellər və onların real stilləri
Geyimlər
10.09.2017 9
Hər
zaman moda nümayişlərində, podiumlarda, jurnal üzlərində gördüyümüz,
gözəllikləri və təqdim etdikləri geyimlər ilə göz qamaşdıran məşhur
modellər, bəs gerçək həyatlarında necə tərzə sahibdirlər ? Yeni yazımız
məhz bu haqdadır.

Budur, son zamanların ən məşhur modellərinin küçə stilləri...



Cara Delevingne



23
yaşlı Britaniyalı model və eyni zamanda aktrisa Cara. Kəskin üz
xəttləri ilə bütün diqqətləri özünə çəkməyi bacarır, buna geyim tərzi də
daxildir. Küçələrdə yəni, adi həyatında isə daha çox idman üslubuna
üstünlük verir. Tərzinə " Mix and match" desək daha uyğun olar, çünki
qarışıq, üst-üstə geyinməyi sevir. Ümumilikdə, görünüşə görə fərqli bir
tərzə malikdir və idman ayaqqabıları isə günlük geyimində imtina
edilməzidir. Cara üçün deyə bilərik ki, geyim tərzi ilə özünü tam olaraq
tamamlayır, yəni xarici görünüşü ilə geyim tərzi bir bütün təşkil edir.



Miranda Kerr



Hər
kəsin sevimlisi, "Victoria`s Secret" mələklərindən 32 yaşlı
Avstraliyalı supermodel təbii ki, Miranda. Günlük həyatında da sıxca
hündür topuqlu ayaqqabılarla kameralara tuş gəlir. Elə də fərqli bir
tərzi yoxdur, hər kəsin geyinə biləcəyi adi geyimlərdən istifadə edir və
çox da qarışımı sevmir geyimdə. Görünüşə görə Hermes Birkin çantasının
böyük fanatıdır ki,  bir müddət sıxlıqla istifadə etdi. Həmçinin kiçik
çanta sevmədiyi görünür və bütün çantaları demək olar ki, eyni olaraq
biləyindən asaraq istifadə edir.



Gigi Hadid



Son
illərdə ulduzu parlamağa başlayan 20 yaşlı Amerikalı model Gigi. Digər
modellərə görə nisbətən daha həcmli bədən formasına malik olduğu gözdən
qaçmır. "Oversize" geyimlərdən sıxlıqla istifadə edir. Eynək isə
tərzinin ən önəmli aksessuarlarındandır. Həmişə küçələrdə eynəkli
 görünür. Yaşına uyğun bir tərzi olduğunu deyə bilərik, ancaq xüsusi bir
tərzi yoxdur.  Gigi-in tərzi də hər gənc qızın geyinə biləcəyi adi
geyimlərdən yana olur adətən.



Taylor Hill



"Victoria`s
Secret"-in yeni mələyi, 19 yaşlı, dup-duru gözəlliyi ilə hər kəsi özünə
heyran buraxan Amerikalı model, Taylor. Yaşına uyğun və daha çox
"Minimalist" tərzi var. Dəri detalından tez-tez istifadə etməyi sevir.
Ümumiyyətlə, yaxşı bir zövqə malik olan modellərdəndir. Yaşı ötdükcə isə
tərzi daha da yerinə oturacaq, ümid edirik ki elə belə də, davam edər.



Adriana Lima



Braziliyalı
supermodel eyni zamanda dünyanın ən gözəl qadınlarından sayılan, 34
yaşlı Adriana. "Victoria`s Secret"-in ən öndə gedən modellərindən
olmaqla yanaşı, həm də "Maybelline" kosmetik markasının üzüdür.
Podiumlardan bir ilahə kimi əsib- keçən, hər yerdə gözəllik etolanu
olaraq göstərilən modeldir ancaq, real geyim tərzi, zövqü heç də
gözləniləni doğrultmur. Nə yalan deyək, modellərdən ən çox da Adriananın
tərzi məyus edir. Hətta küçədəki görünüşlərinin ən yaxşılarını
yerləşdirməyə çalışmışıq ancaq, alınan yenə budur. Hər-halda ki, artıq
sözə ehtiyac yoxdur tərzi haqqında, foto hər şeyi aydınlaşdırır.



Kendall Jenner



Daha
bir 20 yaşlı, Amerikalı, yeni modellərdən Kendall. Küçələrdə onu həm
hündür dabanlı, həm də idman ayaqqabısı ilə görə bilərsiniz. Rənglərdən
çox istifadə etmir daha çox ağ, boz və qara rənglərdə görürük onu adi
həyatında. Həmçinin, tək rəng sadə geyimlərə yönəlir. Cara ilə hardasa
tərzlərində oxşarlıq var sanki, bəlkə də, elə buna görə birlikdə
adlarının ilk hecalarının birləşməsindən əmələ gələn CaKe adlı markanı
yaratmağa qərar veriblər. Yeni markalarını hər kəs səbirsizliklə
gözləyir, fərqli geyimlər olacağı gözlənilir.

Buradan
bu mənaya gələ bilərik ki, model olmaq heç də gözəl zövqə, tərzə sahib
olmaq demək deyil. Gözəl, fərqli zövqə malik olan modellər əlla
sayılacaq qədər azdır desək yalan olmaz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!