Baharın ən zərif trendini qarşılamağa hazır olun

Baharın ən zərif trendini qarşılamağa hazır olun
Geyimlər
10.09.2017 53
XIX
əsrdə Avropada populyarlığının pik nöqtəsinə çatmış krujeva trendi
artıq bir neçə mövsümdür ki, öz aktual mövqeyini heç nəyə vermir. Heç
bir moda həftəsi fransız krujevası, Venesiya tülü və irland gipürü
olmadan keçmir. "Oscar de la Renta”, "Gucci”, "Valentino” "Burberry”,
"Elie Saab” kimi moda evləri hər kolleksiyasında bir qayda olaraq
krujevadan istifadə edir.

 

Əgər krujevalı don, köynək və ya ətəyiniz yoxdursa, onda bu trendi qarderoba əlavə etməyin əsl zamanıdır.

 

Krujeva don

Stilist
və dizaynerlər krujeva donları digər geyimlərlə birləşdirməyi təklif
edir. Donun fasonu və biçimi nə qədər sadə və yüngüldürsə, onu  başqa
üslublarla uzlaşdırmaq bir o qədər asan başa gəlir. Adətən, dəb
ilahələri belə donu klassik stiletto, leofer, həmçinin, cins və ya dəri
pencəklə, eləcə də, yun jaketlə uyğunlaşdırır. Əgər gündəlik obraz
yaratmağa qərar vermisinizsə, o halda, belə libasları idman, üstüaçıq
ayaqqabı və kltaçla birləşdirib rahat ansambl düzəltməyi təklif edirik.
Lakin yadda saxlayın ki, krujeva özündə müxtəlif fakturaları
birləşdirdiyi üçün mürəkkəb materialı ilə kifayət qədər seçilir. Bu
səbəbdən, krujevanı yalnız təntənəli axşam dəvətləri üçün qoruyub
saxlamaq yaxşı olardı.

 

Krujeva ətək

Krujeva
ətəklər  mövsümün ən dəbli trendlərindən biridir. Ətəyin fasonunun
klyoş, qələm, düz, uzun və ya qısa olmasından asılı olmayaraq, onlar
romantik obrazın yaradılması üçün ən yaxşı variantdır. Krujeva yubkalar
sadə biçimli köynəklər - toplar, bluzalar və sviterlərlə əla uzlaşır.
Karandaş ətək kimi universal modellər həcmli sviter, kişi köynəyi ilə
ideal qalır, axşam çıxışları üçün asqılı şifon maykalarla mükəmməl
uzlaşır. Ayaqqabılara gəldikdə, müasir dəb qaydaları belə ətəyi baletka,
stiletto, sliper və ya dikdabanla geyinməyə icazə verir.

 

Krujeva köynək

Krujeva
köynəklər də eyni ilə ətəklər kimi maksimum sadə biçimli geyimlə
asanlıqla uzlaşır. Bu geyim də haqlı olaraq, qarderobun ən lazımlı
əşyaları siyahısında yer alır. Onun köməyilə işgüzar, romantik və ya
klassik üslublarda bir çox maraqlı obrazlar yaratmaq olar. Klassika
təəssübkeşi pərəstişkarları üçün dizaynerlər bluz təklif edir, müasirlik
axtarışında olanlar isə bahar obrazını alt paltarı tipdə tikilmiş
toplarla tamamlaya bilər. Krujeva mayka və topları isə istər cins,
istərsə də klassik şalvarla dəstləşdirmək mümkündür.

 

Krujeva jaket

Krujeva
jaket kokteyl və axşam paltarları ilə uzlaşan gözəl alternativdir. Bu
jaketlər sadə biçimli, heç bir dekorasiya elementləri olmayan dar ətək
və ya şalvarla  da yaxşı görünür. Bəzəklərin çox olması bütün bu obrazı
korlaya bilər.




 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!