Baharın yeni dəbi: rəng çalarlarının oyunu

Baharın yeni dəbi: rəng çalarlarının oyunu
Geyimlər
10.09.2017 10
Yaz
mövsümünün əsas dəb tendensiyalarından biri də başdan ayağa eyni rəngə
bürünməkdir. Deməli bu tendensiyanı öyrənməyin əsl vaxtıdır.  

Yeri
gəlmişkən qeyd edək ki, bütün geyimlərin eyni rəngin müxtəlif çalarında
seçilməsi monoxrom adlanır. Monoxrom əslində,1945-ci illərdə
rəssamların eyni rəngin müxtəlif tonlarından istifadə edərək işlədiyi
rəsmlərə deyilirdi. Sonralar monoxrom dəb termini kimi işlənməyə
başladı.

 

Şokolad çalarlarının ahəngi

Müxtəlif
fakturaları bir rəngdə seçin. Ağ toxunma cemper (yaxalıqsız toxunma
kofta), eyni çalarlı atlas paltarı parıltılı ayaqqabıları birləşdirməklə
siz xüsusi səy göstərmədən maraqlı obraz yaratmağa nail olacaqsınız.
Bazar ertəsi səhər işə gedərkən geyimlə bağlı qərar verməkdə çətinlik
çəkirsinizsə, bu, sizin üçün əla variant olacaq.

 

Tonların rəqsi

Bu
variant iti gözü ilə milyonlarla rəngi bir-birindən fərqləndirənlər
üçündür. Şalvar və paltonu eyni rəngdə seçin, bluz və ayaqqabıda isə
açıq çalarlara üstünlük verin. Belə olan halda aksessuarlar istənilən
rəngdə ola bilər! Onunla bazar ertəsi istifadə etdiyiniz çantanı
götürmək olar.

 

Karamel çalarları

Ağ,
süd və fil dişi çalarının vəhdəti monoxrom obraz yaratmaq üçün əla
üsuldur. Bu variantda da mahiyyət xüsusi dəyişmir. Karamel tonlarından
ibarət dəsti həftənin istənilən günü üçün ideal seçimdir.

 

Bozun 50 çaları

Kim
deyir ki, boz darıxdırıcı rəngdir? Əgər söhbət dəbdən gedirsə, boz heç
vaxt pis seçim ola bilməz. Dizaynerlər də nahaq yerə bu rəng çalarına
bütün kolleksiyalarında yer vermirlər. Boz paltonu kostyum və eyni
rəngli ayaqqabı ilə birləşdirin. Bu dəst boz kütlənin içində sizi mütləq
fərqləndirəcək.

 

Qara buludlar

Qara
rəngdən ibarət dəst yaratmaq heç kim üçün çətin olmayacaq. Çünki hər
bir qızın qarderobunda kifayət qədər qara rəngdə paltar var.
Başdan-ayağa qara geyinmək adətən, ətrafda pis assosiasiyalar yaradır,
amma hər hansı bir aksesuarın köməyilə bu fikri tamamilə dağıtmaq olar.

 

Südlü qəhvə

Südlü
qəhvə çalarları ilin istənilən fəslində aktualdır. Qəhvəyi plaş ilə
eyni rəngdə köynək, yubka və ya şalvar yaxşı dost olacaqlar. Ən yaxşı
halda başqalarının könlündən isti südlü qəhvə keçəcək.

 

Əlvan rənglərdən ayrılmayın

Şübhəsiz
ki, hər kəsin özünün sevdiyi rəng var. Bu, göy, yaşıl, çəhrayı,
bənövşəyi və ya sizə sevinc gətirən hər hansı rəng ola bilər. Əlvan
rənglərin ahəngi həm sizin, həm də başqalarının əhval-ruhiyyəsini
qaldıracaq. Bir sözlə, rənglərin sayəsində möcüzələr yaradın.




 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!