Dəri yoxsa cins - yazda plaşınızı dəblə geyinin

Dəri yoxsa cins - yazda plaşınızı dəblə geyinin
Geyimlər
10.09.2017 32
Yaz
güllərin, quşların, böcəklərin, gözəl, günəşli havanın zamanı olduğu
kimi pencəklərin, yüngül palto və plaşların da zamanıdır. Yazın
gəlməsilə qarderoblardan çıxan plaşlar qadınların şıq geyimləri və yaxud
da idman tərzli kombinlərilə  tamamladıqları ideal parçalardır.
Plaşların daha çox bej rəngli olanları rastımıza çıxır, amma rəngarəng
olanları da bu yaz dəbdə olacaq və sözsüz ki qarderobumuza da əlavə
olunacaq. Əsas məsələ hansı rəng plaşı seçmək deyil, əsas onu yaz
aylarında düzgün şəkildə dəstləşdirməkdir. Biz sizə bu mövzuda kömək
edəcəyik və göstərəcəyik ki, ən dəbli plaşları necə və nə ilə geyinmək
olar – klassik makintoş plaşlardan cinslər və dərilərə qədər olan
formaları təqdim edəcəyik. 



Plaş
– təkcə mövsümlərarası geyinmək üçün ideal parça deyil, həm də yaya
doğru sərin havaların da gözəl, şıq parçasıdır. Həm də, plaşı gördükdə
insan şkafın bir küncündəki isti gödəkçələri çıxarmaq istəmir. 



Seçim
baxımından ən rahat klassik plaşlardır. Onları mübaliğəsiz istənilən
parça ilə kombinləmək asandır. İş üçün ciddi geyimlər geyinirsiniz amma
geyiminizi bir qədər yumşaltmaq istəsəniz plaşınızı idman və casual
parçalarla uyğunlaşdıra bilərsiniz. 



Mütləq
klassik plaş geyinmək istəsəniz, o zaman mövsümün ən aktual parçası
olan 80-ci illərin üslubunda diz uzunluğunda modelləri seçin. 



Bu
yazda dəbdə olacaq modellər arasında dəri, cins, krujevalı plaşlar da
var ki, əvvəllər belə formalı plaşlar elə də, məşhur deyildi. Biz sizə
bu yaz əsas iki trendə diqqət yönəltməyinizi məsləhət görürük – maksimum
sadə kombin edəcəyiniz dəri və "qaynar trend” olan denim plaşlar.




 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!