Alt paltarı seçiminizdə köməkçiniz: half-bra, büstqalter-balkonet

Alt paltarı seçiminizdə köməkçiniz: half-bra, büstqalter-balkonet
Geyimlər
10.09.2017 20
Yaxşı
seçilmiş alt paltarı istənilən geyimdə sizi cəlbedici göstərə bilər.
Bununla yanaşı, rahatlıq və özgüvən hissi də verir. Seçdiyiniz yaxşı alt
paltarı təkcə sizin yox, həm də, qarşı cinsin xoşuna gəlməlidir.



Son
illərdə alt paltarı dünyasında şəffaflıq daha qabarıq şəkildə özünü
göstərir. Bu mövsüm bir çox brendin kolleksiyasında olan tuman və
büstqalterlər bədənin 95%-ini açıq saxlayır. Digər tendensiyalarda isə
retro tərzli alt paltarları, romantik tərzli büstqalterlər və yüksəkbel
tumanlar əks olunur. Ənənəvi krujeva və tor bu sahədə də əbədi, uğurlu
tandemdir. Bu mövsüm eyni zamanda yüngül BDSM və qotik üslubları da
trenddir. Rənglərə gəldikdə isə pastel çalarları bu yaz alt
paltarlarında da hökmranlıq edəcək: lavanda, firuzəyi, açıq-sarıq,
açıq-yaşıl, açıq-mavi və pudra çalarları. Belə rənglər sizə zərif və
romantik obraz yaratmaqda kömək edəcək.

Qadın zərifliyini ifadə edən alt paltarları – 5 model

Araşdırdığımız bu modellər tək sizin üçün deyil, həm də, qarşı cinsi sevindirmək üçün də yetərlidir.



Half-bra



Bu
büstqalterlər təxmin etdiyiniz kimi çox açıqdır və ingiliscədən
tərcümədə "yarım-büstqalter” tərcümə olunur. Yarım-büstlqateri hər gün
geyinmək elə də, rahat deyil. Amma xüsusi günlər və dəvətlər üçün çox
idealdır. Sinəni çox gözəl dəstəkləmə xüsusiyyətinə malikdir. Half-bra
hər bir qadının qarderobunda olmalıdır.



Büstqalter-balkonet



Sadə
və ümumi olaraq onu qeyd edək ki, balkonet büstqalterlər çox
cəlbedicidir. Sinəni yaxşı dəstəklədiyi üçün praktik olaraq hamı üçün
uyğundur. Düzgün ölçünü seçməyiniz yetərlidir. Ən yaxşı seçim klassik
çalarlı krujevalı büstqalter-balkonetdir.



Tanqa



Tanqa
şalvar altında çox mükəmməl görünür. Arxa və öndən üçbucaq
formasındadır. Half-bra üçün ən cəlbedici əlavədir. Gündəlik istifadə
üçün çox rahatdır. 



Kəmərlər (strinq)



Hansı
kişi qadında kəmərli tumanı sevmir? Düzdür, elə alt paltarlarını
geyinmək bir çox xanımın seçimi deyil. Belə tumanlar da hər bir qadının
qarderobunun "must have”idir. Amma sizə narahat olsa onları ənənəvi
tumanlarla əvəz edə bilərsiniz.



Bütöv bədən



Demək
olar ki, bütün brendlərin kolleksiyalarında bütöv bədən büstqalterlərə
rast gəlmək olur. Onlar, əsasən, krujevalı, torlu və hörgülü formalarda
olur. Və ya tamamilə şəffaf olanlardan yana da seçim edə bilərsiniz. Bu
cür büstqalteri geyinmək və daşımaq çox rahatdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!