Zınqırov qollu bluzlarınızla dəblə ayaqlaşın – trend

Zınqırov qollu bluzlarınızla dəblə ayaqlaşın – trend
Geyimlər
10.09.2017 9
Keçən
il 70-ci illərin olduqca cəsur və bəzəkli geyimləri tərzimizə bohem
havası qatdı. Əsasən qolları zınqırovu xatırladan bu geyimlər bluz
şəklində dəbdə idi. 2016 dəbində isə yenidən kiçik dəyişilliklərlə çox
trend olacaq. Buna görə də zınqırov qollu bluzlar necə geyinilir və nə
ilə dəstləşdirilməlidir mövzusunda sizə bəzi dəbli ipucları veririk.
Çünki bu cür bluzları geyinmək, onu düzgün kombinləmək bir az çətindir.
Zınqırov qollu bluzları elə kombinləmək lazımdır ki, göz yorulmasın.
Onlar klassik köynək olaraq geyinilə bilər, uzun və qısa qol olanları
isə düzgün geyimlərlə kombinlənməlidir.

Keçək zınqırov qollu bluzları nə ilə və necə geyinmək lazımdır məsələsinə.



Qələm ətəklərlə

Gündəlik
ofis geyimlərinizi daha da tərzli etmək istəyirsinizsə dar qələm
ətəklərinizlə geniş zınqırov qollu bluzlarınızı dəstləşdirin. Nəticədə
daha fərqli olacaqsınız və sıxıcı təsir bağışlayan iş tərzinizdən
uzaqlaşacaqsınız. Qollar hərəkətli və geniş olduğundan aşağı hissə dar
geyinilsə daha yaxşı olar və tərz sahibi olmağınızdan xəbər verər.
Ətəyinizin içinə də sala bilər və ya eləcə üzərinə ataraq da geyinə
bilərsiniz.



Skinny şalvarlarla

Dar
skinny şalvarlarla zınqırov qollu bluzlar "cool” görüntü yaradır. Kətan
parçalardan olan bu cür bluzların yay aylarında bej və ağ rənglərindən,
printli və naxışlı alternativlərindən yararlana bilərsiniz. 



Monoxrom kombinlərdə

Alt
hissədə geyindiyiniz geyimi qara rəngdə seçə bilərsiniz və üzərinə də
ağ rəngli zınqırov qollu bluzunuzu geyinsəniz onu monoxrom kombin etmiş
olarsınız, həm də dəblə ayaqlaşarsınız. 



Zınqırov qollu bluzlar üçün dəbli ipucları

Əgər zınqırov
qollu bluzlarınızla gündəlik "look” yaratmaq istəsəniz  çalışın ki,
daha bəzəkli və naxışlı, rahat boho tərzli geniş bluzlar seçin. Bu cür
bluzlarla siz sadə cins və ya boyfriend şalvarlarınızı
cütləşdirə bilərsiniz. Beləliklə, həm tərzli görünəcəksiniz, həm də ki,
dəbə uyğun alternativiniz olacaq.




 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!