Qadınlar neçə yaşında gözəl geyinməyi öyrənir?

Qadınlar neçə yaşında gözəl geyinməyi öyrənir?
Geyimlər
10.09.2017 21
İngiltərədə aparılan araşdırmanın nəticələrinə görə, qadınlar öz geyim tərzini 30 yaşında tapır.

30
yaşına qədər qadınlar bir çox yenilikləri sınaqdan keçirməyə üstünlük
verir. Gənclik illərində demək olar ki, hər mövsüm dizaynerlər
tərəfindən təklif olunan dəb cərəyanlarını təqib etməyə çalışan və
iddialı geyinən qadınlar 30 yaşına çatanda   geyim tərzində ciddi
dəyişiklik etməyə qərar verir. Qadınlar məhz bu yaşda artıq özünə nəyin
yaraşmadığını müəyyən edə bilir. Qısa desək, qadının zövq duyumu məhz bu
yaşda kamillik zirvəsinə çatır.

 

2
min nəfərin iştirak etdiyi araşdırmanın nəticələrinə görə, 30 yaşlı
qadının qarderobunda məşhur moda evindən alınan ən az yeddi paltarı
olur. Həmçinin "Telegraph” qəzetində yer alan xəbərə görə, 30 yaşında
qadının ən az 24 ləl-cavahiri olur. Bundan əlavə, 30 yaşına çatmış
qadınlar geyim məsələsində daha qənaətcil davranmağa başlayır,
qarderobundakı geyimləri daha səmərəli geyinir, alış-verişi də endirim
vaxtı edir.

 

Araşdırmada o da məlum olub ki, kişilərin zövq duyumu 36 yaşında kamilləşir.




 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!