Qadınlar varlı zədəganların paltarını necə mənimsədilər?

Qadınlar varlı zədəganların paltarını necə mənimsədilər?
Geyimlər
10.09.2017 41
Dəb
tarixinə "lesbiyan” adı ilə düşən yubka-şalvarlar ötən əsrin 30-ci
illərində yaranıb. Bu model bir müddət yoxa çıxsa da artıq iki ildir ki,
ardıcıl olaraq bir çox dizaynerin kolleksiyasında yer alır və hələ də
öz aktuallığını qoruyub salxaya bilir. 
Yubka-şalvar nədir?
 
Bu
yubka-şalvarların yaranma tarixi Fransaya gedib çıxır. Onlar əvvəlcə
kişilərin, məşhur dizayner Elza Skiaparelli sayəsində isə qadınların
qarderobuna daxil olub. O, 1931-ci ildə qadınları həddindən artıq
təmtəraqlı geyimlərdən xilas etməyə qərar verərək öz modelini təklif
edib və yubkanı iki hissəyə bölərək şalvar düzəldib. Yubka-şalvarlar
satışa çıxan andan etibarən bütün qadınların, xüsusilə feministlərin
rəğbətini qazana bilib. Məsələ ondadır ki, yubka-şalvarlar velosiped
sürmək üçün olduqca əlverişli idi. Üstəlik, rahat olduğu qədər eleqant
görünüşə malik idi.
 
Bu
geyimdə həm qadın, həm də kişi qarderobuna xas olan əlamələtlər olduğu
üçün britaniya mətbuatı onu "lesbiyan" adlandırmışdı. Buna baxmayaraq,
dünyanın hər yerində aktiv feministlər bu ideyanı çox bəyənmiş və dərhal
qarderobuna daxil etmişdi. 
Bir
müddət dəbdən itən yubka-şalvarlar bir neçə ildir ki, dəb ilahələri
üçün əvəzolunmaz geyim statusunu qazana bilib.  Lakin bu gün təklif
olunan müasir yubka-şalvarlar ilkin versiyalardan xeyli fərqlənir.
Müasir dizaynerlər öz yaradıcılıq təxəyyülünə tam sərbəstlik verərək
onları ən müxtəlif formalarda təqdim edirlər: enli, bir qədər dar,
qırçınlı və ya büzməli variantlarını tapmaq olar. Onlar mövsümdən asılı
olaraq müxtləlif parçadan tikilir, rəng çeşidi isə çox genişdir. Onu da
qeyd edək ki, yubka-şalvarlar bir qayda olaraq birrəng parçadan tikilir,
naxışlı və şəkilli versiyalarına nadir hallarda rast gəlmək olar. 
İlk
növbədə qeyd etmək lazımdır ki, yubka-şalvarlar boyu qısa göstərmək
xüsusiyyətinə malikdir. Bu, onların uzunluğu və eni ilə izah olunur.
Amma bu, heç də o demək deyil ki, ortaboylu qızlar onların
istifadəsindən çəkinməlidir. Sadəcə, bu məqamı nəzərə alıb hündür
dabanlı ayaqqabı seçmək lazımdır. Beləliklə, siluetin proporsiyalarını
düzəltmək mümkün olacaq. Hündür boylu xanımlar isə narahat olmasın,
ayaqqabı seçimində onlar tamamilə azaddır, əsas odur ki, ümumi ansamblı
əla tamamlasın.
Modapərəstləri
yubka-şalvarlar barədə maraqlandıran ikinci sual onun altından kolqotka
geyinib-geyinməməklə bağlıdır. Yubka-şalvarın uzunluğundan asılı
olmayaraq, onlar daha çox yubkanı xatırladır. Odur ki, kolqotkalar eyni
ilə yubkada olduğu kimi, burada da qəbul ediləndir. Daha dəqiq desək,
onlarla şalvar kimi deyil, yubka kimi rəftar etmək tələb olunur.
Müxtəlif üslublarda istifadəsi
Yubka-şalvarları
istənilən üslubla uzlaşan universal geyim adlandırmaq olmaz. Amma
lazımi detallara diqqət etməklə onu ən müxtəlif tərzdə istifadə etmək
olar. Yubka-şalvarların müxtəlifliyi onları fərqli üslublarla istifadə
etməyə imkan verir. Onların köməyi ilə asanlıqla yüngül romantik obraz
yaratmaq olar. Məsələn, yaz aylarında romantik obraz yaratmaq üçün ipək,
şifon, atlas kimi zərif parçadan tikilən yubka-şalvarlar ideal
namizəddir.
 
Təntənəli
mərasimlər üçün məxmər, zamşa və ya dəri kimi bahalı və nəcib parçadan
tikilmiş yubka-şalvarlar alın. Bu halda obraza təmtəraqlı zinət
əşyaları, eləcə də hündürdaban əlavə etmək olar.

 
 
 
 
 
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!