Napoleon pencəklərlə parlaq obraz yaradın

Napoleon pencəklərlə parlaq obraz yaradın
Geyimlər
10.09.2017 31
Ən
nüfuzlu moda evləri bir neçə ildir ki, hərb mövzusuna müraciət etməyi
xoşlayır. Napoleon pencəklərin yenidən dəbə qayıtmasını da bu tendensiya
ilə əlaqələndirmək olar.

 

İlk 
dəfə XIX əsrdə İngiltərə ordusunun geyindiyi bu pencəyi moda dünyasına
1960-cı illərdə "Yves Saint Laurent” markası gətirib. 1967-ci ildə
əfsanəvi "Beatles”ın albom qapağı üçün qrup üzvlərinin məhz Napoleon
pencəklə poza vermələri bu geyimin dəb aləmində özünəməxsus yer
qazanmasına səbəb olub.

 

Bu
il Napoleon pencəkləri hər yerdə görəcəyik. Ancaq belə pencək daha çox
küçə dəbinə uyğundur. Dostlarla, sevgili ilə görüşərkən və ya
alış-verişə gedərkən tərzinizi Napoleon pencəklə tamamlaya bilərsiniz.

 

Napoleon
pencəklərin bir çox çeşidi mövcuddur. Bədən quruluşunuzu nəzərə alaraq
uzun və ya qısa modellərə üstünlük verə bilərsiniz. Düyməli modellərlə
yanaşı, tikməli Napoleon pencəklər də qadınlara çox yaraşır.

 

Aktuallığını qoruyan bohem tərzinə uyğun ətək və donları Napoleon pencəklə geyinmək olar.




 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!