Bu ilin trendi: Pastel rəngli geyimlər necə kombinləməli

Bu ilin trendi: Pastel rəngli geyimlər necə kombinləməli
Geyimlər
10.09.2017 8
Artıq məlumdur ki, bu mövsüm pastel rənglər dəbdədir.(2016-cı ilin rəngləri: Kvars çəhrayısı və sakit mavi) Xüsusilə
də, 2016-cı ilin əsas rəngi olaraq 2 pastel çaları seçilib. Düşünə
bilərsiniz ki, qışda pastel çalarları kombinləmək və geyinmək çətindir.
Pastel rənglərin monotonluğunu qırmaq, şaftalı, solğun çəhrayı, toz
nanə, banan, lavanda və "baby blue” kimi çalarlara parlaqlıq qatmaq və
onlarla gözəl bir tərz yaratmaq heç də çətin deyil. Bunun üçün modanı,
trendləri izləmək də sizin hər zaman köməyinizə gələ bilər. Amma bu işdə
biz sizə pastel çalarlarla necə tərz yaratmaq olar istiqamətində bir
neçə ipucu verməklə kömək edə bilərik.



Pastelə minimalizm qatdıqda...

Pastel
çalarlarında ən vacib nöqtə həddən artıq çoxluğa getməməkdir. Belə ki,
pastel ayaqqabı, çanta, saç aksessuarları ilə başdan ayağa solğun limon,
çəhrayı geyimlər podiumlarda gözalıcı görünə bilər. Amma belə görüntü
ilə həyatda ancaq çox qarışıq görünə bilərsiniz. Bunun əvəzinə pastel
rənglərlə qara-ağ və ya neytral hər hansı bir çaları uyğunlaşdırmaq
olar. Əgər kombininizdə pastel çalarlardan istifadə edəcəksinizsə kəskin
xətli geyimlərdən istifadə etməməlisiniz.Yox, deyirsinizsə mütləq
geyimimin forması bilinməlidir, o zaman pastel çalarlara bir az dramatik
hava qatın.



Pastel və neytral rənglər birləşərsə...

Neytral
rənglərlə pastel çalarları kombinləməkdən heç vaxt çəkinməyin. Bej və
qəhvəyi çalarlar sizə pastel rəngləri balanslaşdırmaqda kömək edəcək.
Eyni zamanda da pastel rənglər boz və krem çalarları ilə çox yaxşı
görünür.



Pastel rəngləri limitləyin

Pastel
rənglərin bir-biriləri ilə yaxşı göründüyünü düşünürsünüzsə o zaman
ikidən artıq pastel çalarını yoxlaya bilərsiniz. Düz xətlər ilə pastel
çalarlarını qarışdırmaq mümkündür. Hətta parlaq bir aksessuar əlavə
edərək dörd pastel çalarını kombin edin. Amma bir nüansı yadda saxlayın
ki, pastel rənglər çox qarışıq kəsimlər və detallarla yaxşı görünmür.
Həm də əsmər xanımlar çox pastel çalarlarını birləşdirməkdən uzaq
durmalıdırlar. 



Saç və dəri çalarlarında pastel uyğunluğu

Açıq
dəriyə sahib olan xanımlar qəhvəyi çalarlarının zəngin olduğu pastel
rənglərinə üstünlük verməlidirlər. Tünd rəngli dəriyə sahib xanımlar isə
daha xəfif və krem rənglərdən yana seçim etməlidirlər. Sarışın xanımlar
isə istədikləri pastel rənglərindən istifadə edə bilərlər. Əsmər
və qızılı saçları olan xanımlar həddən artıq pastel rənglər istifadə
etsələr solğun görünə bilərlər. Daha aristokrat görünmək üçün isə pastel
və parlaq rənglərin kontrastı sizə kömək edə bilər.



Ağ-qara və pastel rənglər

Bir
çox pastel çalarlar qara parça ilə modern görüntü yaradır. Qara
rənglərlə pastel parçalar bir az dramatik görünə bilər. Buna görə də
yumşaq boz ya da bej çalarları ilə qaranı əvəz edə bilərsiniz.Qışda ağ
ilə pastel çalarları geyinmək elə də yaxşı görünməsə də yaz üçün bu
uyğunluq idealdır.



Qışda pastel zərifliyi

Yuxarıda
qeyd etdiyimiz kimi, qışda pastel rənglərdən istifadə etməkdən
çəkinməyin. Pastel rəngində olan jaketi  qara və tünd cinslə
dəstləşdirsəniz şıq görüntü əldə edəcəksiniz. Pastel çalarlarında üst
geyimləri də bu ilin əvəzolunmazıdır. 



Pastel geyim ilə ayaqqabı və aksessuarlar

Pastel
rəngli geyimlərlə uyğunluq yaratmaq üçün neytral çalarlı ayaqqabı seçə
bilərsiniz. Qara,  bej, qəhvəyi ilə heç vaxt boz ayaqqabı geyinməyin.
Pastel ayaqqabılarla ağ şalvar və ya açıq rəngli paltar yaxşı görüntü
yaradır. Metalik bəzək əşyaları isə pastel rənglərlə həmişə uyğun olub.
Belə aksessuarlar axşam geyimləri üçün məsləhətlidir. Çanta, kəmər və
papaq seçimində isə parlaq rənglər üstünlük təşkil etməlidir.
Ümumiyyətlə, pastel aksessuarlarda soyuq çəhrayı, banan, nanə rəngləri
möhtəşəm görünür. Pastel günəş eynəyi də yaddan çıxmamalıdır.



Ofis tərzində pastel rənglər

Həddən
artıq pastel rənglərin qarışığı ofis üçün heç də düzgün seçim deyil.
Pastel geyimlərinizi modern və minimalist parçalardan seçin. "Look”unuza
bej çalarlar daxil edin. Saç və makiyajınızı sadəliyə üstünlük verin.



Küçə dəbində pastelin ahəngi

Pastel
rəngləri idman tərzində olan şıq geyimlər və qadınlığınızı vurğulayan
parçalarla birləşdirin. Misal üçün, rəfiqələrinizlə kofe içməyə
gedirsinizsə və bir az da gəzəcəksinizsə pastel rəngli sadə köynəklə,
eyni rəngli ətəyinizi (şalvarınızı) kombinləyib, retro tərzli günəş
eynəyinizi də "look”unuza əlavə etsəniz əla görünəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!