Qara taytı hər şeylə necə geyinməli

Qara taytı hər şeylə necə geyinməli
Geyimlər
10.09.2017 3
Qara
rəng neytral rəng olduğundan istənilən çaları və geyimi tamamlayır.
Qışda da insanlar, xüsusilə də biz qadınlar qara rəngə daha çox üstünlük
veririk. Amma bəzən başdan-ayağa qaralıq cansıxıcı olur. Bu
monotonluqdan yaxa qurtarıb sadəcə qaranı taytda istifadə etməyə
nə deyirsən? Elə isə Qadınlar.biz  təqdim edən fikirləri və nümunələri
dəyərləndirə bilərsən.

Qara
tayt həmişə şıqdır. Elə buna görə də, dəb və funksiyası arasında ideal
balans yaradır. Onlar istilik verməklə yanaşı hündür bot və ya 2015-2016
payız/qış dəbinə uyğun olaraq burnuaçıq ayaqqabılarla gözəl kombin də
yaradır. Taytlar adətən bizi şıq göstərərək uşaq kimi görünməyimizin
qarşısını alır. Amma təbii ki, onu düzgün kombin etmədikdə
gülünc görsənməyimiz də qaçınılmaz haldır. 

Qara
tayt adətən şortla kombin edilir. Onları idman tərzində ayaqqabı
tamamladıqda isə ortaya idman tərzi ilə yanaşı feminəl xoş görüntü də
çıxır. Amma əksəriyyətimiz əlavə ekstravaqant tərz yaratmaq əvəzinə sadə
bir qara paltar və ya ətəklə kombinləyib çıxırıq. Bu isə yuxarıda
qeyd etdiyimiz kimi bezdirici görünər. Məhz bu yazı sənin üçündür ki,
qara taytını hər şeylə kombinləyib tərz görünəsən.



Ağ-qara uyumu

Qara-ağ uyumlu mini paltar ilə 2015-2016 payız/qış dəbinə uyğun hündür platformalı burnuaçıq ayaqqabı ilə xüsusilə əla görünür.





Baby blue

Pastel çalarlarında palto, güllü paltar, hörmə papaq və qara tayt – artıq sən küçədə parlaq ulduzsan.





Mən idmançıyam

Özünü
cəsarətli hesab edirsənsə o zaman qara taytının üstündən idman tərzli
yarım corab, rahatlıq üçün denim paltar və casual tərzini tamamlamaq
üçün dəri gödəkcə bəs edir.





Qatlı ətək

Zərif qatlı ətəklə nubby tüvit və qara tayt ilə qışa damğanı vura bilərsən.





Denim tayt uyumu

Küçəyə
fərqli və şıq tərzdə çıxmaq istəyirsənsə seçimini casual tərzli ətək,
kaşmir hörgülü sviter, ankle çəkmə və  pointelle taytdan yana etsən
uğurlu olarsan.





Xəttli hiylə

Torpaq
çalarlarında sviter və paltonu şıq qara taytla uyğunlaşdırıb, kombinini
rəngli xəttli ətəklə tamamlayıb soyuq havaya istilik qata bilərsən.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!